"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
Tarix: 17-05-2024, 10:47 | Çap et
Şəkinin Orta Zəyzid kəndinin sakini Teymur Elxan oğlu Babayev baş prokuror Kamran Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məktub yazıb.
Surəti Musavat.com-a göndərilən məktubda müəllif yazır ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
“Maddi imkanlarım səviyyəsində xeyriyyəçilik işlərindən də kənarda qalmıram. Şəhid, qazi ailələrinə, digər imkansız ailələrə, Şəki Psixiatriya xəstəxanasında müalicə alan xəstələrə imkanım daxilində yardımlar edirəm. 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə öz şəxsi imkanlarımla Şəki-Oğuz magistral yolundan kəndimizə ayrılan yolun giriş hissəsini abadlaşdırmaq, ağaclar əkmək, səliqə-səhman yaratmaq fikri ilə Orta Zəyzid bələdiyyəsinin sədri Novruz Musayevə müraciət etdim. Bələdiyyə sədri mənim bu təşəbbüsümü dəstəklədi, bu məsələdə hər hansı problemin olmadığını bildirdi. Mən bu məqsəd üçün hazırlıq işləri gördüm, xeyli materiallar aldım və işə başladım” – deyə məktub müəllifi qeyd edir.
Yazır ki, xeyriyyə məqsədilə görülən işin ortasında bələdiyyə sədri ondan abadlıq işlərini dayandırmağı tələb edib: “Mən işləri yarımçıq saxlamalı oldum. Səbəbini araşdırarkən məlum oldu ki, bələdiyyə sədri görəcəyim abadlıq işlərinin müqabilində məndən rüşvət gözləyirmiş. Təbii ki, mən bundan imtina etdim və hər hansı məbləğdə pul vermədim. Buna qədər mən heç vaxt kənd bələdiyyəsinin fəaliyyəti ilə maraqlanmamışdım. Bələdiyyə sədrinin bu hərəkətindən sonra onun bəzi əməlləri ilə maraqlanmaq qərarına gəldim. Ortaya ciddi, qanunazidd faktlar çıxdı. Orta Zəyzid bələdiyyəsi özündə Şəki rayonunun 3 kəndini-Orta Zəyid, Qırxbulaq və Köbər Zəyzid kəndlərini birləşdirir. Bu kəndlərdə 10 minə yaxın əhali yaşayır. Novruz Musayev 2013-cü ildən bələdiyyə sədri vəzifəsini tutur. Bu müddət ərzində o hər hansı xeyriyyə, tikinti, abadlıq işləri ilə məşğul olmayıb. Əsas işi qanunsuz torpaq satışı və digər cinayət xarakterli əməllər olub. Bu adamın nə vaxtsa bir iclas keçirdiyi, bələdiyyə ərazisində yaşayan insanlarla hansısa bir məsələdə məsləhətləşməyi olmayıb. Günlərini müəyyən yerlərdə qumar, pul qarşılığında domino və nərd oynamaqda keçirir.
-Şəki İcra Hakimiyyətinin razılığı və Memarlıq Şöbəsinin rəsmi məktubu ilə Orta Zəyzid kəndində baxça və məktəb tikilməsi üçün nəzərdə tutulan torpaq sahəsini ayrı-ayrı şəxslərə şəxsi evlər tikilməsi üçün iri məbləğdə pula satıb.
Orta Zəyzid kəndinə məxsus örüş otlaq sahələrinin təyinatını dəyişərək müxtəlif şəxslərə ev tikintisi üçün satıb. Orta Zəyzid və Baş Zəyzid kəndlərinin birləşdiyi Zəyzid çayını qoruma zolağını, yüksək gərginlikli elektrik xəttlərinin altındakı torpaqları belə ev tikintisi üçün vətəndaşlara sənədsiz-sübutsuz satıb.
Şəki-Oğuz yolunun kənarında Orta Zəyzid kəndinə məxsus "Dördyol" adlanan yerdə vətəndaşa satdığı torpağı özündən 9 il əvvəlki bələdiyyənin adına sənədləşdirib. "Dördyol"da olan dəmir köşkün altındakı torpağı da özündən əvvəlki bələdiyyənin adına sənədləşdirib. Köbər Zəyzid kəndində təyinatına uyğun olmayan xeyli torpaq sahəsini vətəndaşlara həyətyanı torpaq adı ilə rüşvət qarşılığında satıb.
-kəndlərimizdə içməli su problemi var. Mövcud olan artezianlardan evinə su çəkmək istəyən hər bir vətəndaş N.Musayevə rüşvət vermədən bunu edə bilməz.
-bələdiyyənin ehtiyat fonduna daxil olan torpaqlar belə ayrı ayrı şəxslərə satılıb.
-hələ kolxoz dövründən qalmış, yol keçidləri və suötürücü asbest, dəmir və beton borular bələdiyyə sədrinin əli ilə çıxarılaraq satılıb.
-Orta Zəyzid tibb məntəqəsinin ərazisi və aptekin arxa hissəsi N.Musayevin özü tərəfindən zəbt edilib.
-Orta Zəyzid bələdiyyəsinə aid 80 hektar torpağı öz şəxsi istifadəsində saxlayaraq taxıl səpir.
-N.Musayev gününün çox hissəsini "Dördyol"da çayxanada keçirir, insanlar arasında dedi-qodu yayır, ona qarşı gələ biləcək hər kəsi polislə hədələyir, mənim işgüzar nüfuzumu zədələyəcək şayiələr yayır, iş adamlarını ələ salır, həddi aşan hərəkətlərə yol verir.
-camaat arasında rayonun vəzifəli şəxslərini, xüsusilə də Regional Ədliyyə İdarəsinin rəisi (sabiq) Abdulla Yusifovu saymadığını, "ağzına pay atıb səsini kəsdiyini" şəstlə danışır.
"Mənim adamım Rəhman Məmmədovdur" (bələdiyyələrlə iş mərkəzinin rəhbəri) deyir.
-N.Musayev son Prezident seçkilərində belə seçkinin nəticələrinə təsir edəcək qanunsuzluqlara yol verdi. Bu səbəbdən də seçkinin nəticələri ləğv edildi.
Konkret olaraq N.Musayev yolunu "Orta Zəyzidin Allahı mənəm"- deyəcək qədər azğınlaşıb. Mən yazdığım məsələlərdən irəli gələn faktları detalları ilə Şəki Regional Ədliyyə İdarəsinə və Şəki Prokurorluğuna təqdim etmiş və ətraflı izahatlar vermişəm. Şəki prokurorluğu mənim şikayətimə baxaraq 14.08.2023-cü ildə (87c-23) cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar çıxarmışdır. Mənim Şəki Rayon Məhkəməsinə verdiyim şikayətə məhkəmədə baxılmış, prokurorluğun qərarı yetərsiz sayılmış, işə təkrar baxılması üçün prokurorluğa qaytarılmışdır. Şəki prokuroru Məhkəmənin bu qərarı ilə razılaşmamış və apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 13.10.2023-də Şəki Rayon prokuroru Mehman Xankişiyevin verdiyi şikayətə baxaraq 87c-23 saylı material üzrə prokurorun protestini təmin etməyib, Şəki Rayon Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli 6(075)-18/2023 nömrəli qərarını dəyişdirilmədən saxlamış, qərarın dərhal qüvvəyə minməsi, qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməməsi haqqında qərar çıxarıb.
Lakin bütün bunlar Şəki prokuroru cənab Mehman Xankişiyevin mövqeyinə hər hansı təsir göstərmədi, prokuror bələdiyyə sədri N.Musayevi müdafiə etməkdə davam edir. Bu səbəbdəndir ki, bələdiyyə sədri Şəkidə "əlimin üstündə əl yoxdur" demək qərarına gəlib”.
Məktubun davamında Teymur Babayev qeyd edir ki, ötən 2 il ərzində müxtəlif dövlət orqanlarına məsələ barədə şikayət məktubları yazıb. Lakin hər hansı bir tədbir görülmədiyindən məsələnin ictimailəşməsi üçün Musavat.com-a müracət ünvanlayıb:
“Hər dəfə də məktublar Şəki prokuroruna yönləndirilir və orada ört-basdır edilir. Artıq üz tutacağım bir ünvan qalmayıb, odur ki, mətbuata müraciət etmək və haqqımı işıqlandıraraq daha yuxarı instansiyalara çatdırmaq istəyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm, mənim məktubumu işıqlandırasınız. Bəlkə bu yolla rüşvətxor bir bələdiyyə sədrinin öhdəsindən gəlmək mümkün oldu”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
|