"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                     Köçəryanı qane edən Qarabağ təklifi .....                     Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                 

Cavanşir Feyziyevlə Ağalar Vəliyevin pulunu BALTA KƏSMİR: Amma nə olsun... - YENİ HEYƏTDƏ OLACAQLARMI?
Tarix: 21-05-2024, 11:28 | Çap et
Cavanşir Feyziyevlə Ağalar Vəliyevin pulunu BALTA KƏSMİR: Amma nə olsun...
Seçki sistemində hər hansı problem olmayan, seçki komissiyalarının şəffaf və obyektiv fəaliyyət göstərdiyi ölkələrdə hansısa iş adamının deputatlıq iddiasına düşməsində, parlamentə seçilməsində vətəndaşlar qəbahətli heç nə görmürlər. Məntiqlə iş dünyasında hər hansı korrupsiya, inhisarçılıq, oğurluq və digər kölgəli mexanizmlərdən keçmədən uğur qazanan birinin siyasətdə də özünü sınamasında pis heç nə yoxdur. Əksinə, özlərinə görə uğur hekayələri olan və cəmiyyətə fayda verən belə adamların uğurlu siyasi fiqurlara çevrilməsi perspektivi onları seçici üçün daha cəlbedici edir.

Həmin adamların parlamentə düşməsi isə Azərbaycandakı kimi öz bizneslərini qorumaq, dövlət sifarişlərinə, tenderlərə yol tapmaq, yaxud ən yaxşı halda şöhrətpərəstlik, yekəxanalıq məqsədi daşımır. Onların öz bizneslərini deputat mandatı ilə qorumağa ehtiyacları yoxdur. Bu səbəbdən həmin ölkələrdə Azərbaycandan fərqli olaraq, bir çox iş adamının uğurlu, ölkəsinə fayda verən siyasi fiqura çevrilməsinin saysız-hesabsız nümunələrini görürük...

Əslində, deputatın keyfiyyəti qanunvericilik fəaliyyəti, siyasi aktivliyi və s. ilə ölçülür və bu zaman onun çıxışları indikator rolu oynayır. Bu baxımdan mətbuatda bizim bəzi deputatları “lal deputatlar” adlandırırlar. Ancaq əsas məsələ deputatın parlamentdə, yaxud ondan kənarda çox danışması deyil, nə danışmasıdır. Ola bilsin elə danışmayan deputatlar var ki, çox danışanlardan daha savadlı və faydalıdırlar. Bəzi “fəal” deputatlar isə bəlkə də danışmasaydılar daha yaxşı olardı...

Yaxın aylarda Azərbaycanda yeni parlament formalaşdırılacaq. Heç kimə sirr deyil ki, qanunvericiliyin ziddinə olaraq, hazırda Azərbaycan parlamentinin üzvlərinin müəyyən qisminin iri, böyük hissəinin isə orta və kiçik biznesi var. Demək olar, hər zaman da belə olub. O da məlumdur ki, bizdə iş adamının parlamentə düşməsi onları əvvəlki işlərindən qətiyyən ayırmır. Bu adamlar yenə də günlərinin böyük hissəsini siyasi fəaliyyətə, qanunvercilik təşəbbüslərinə, seçicilərinin problemlərinə və deputatlıq vəzifəsindən irəli gələn digər fəaliyyətlərə deyil, öz bizneslərinə həsr edirlər. Bizdəkilər heç zəhmət çəkib siyasi savadlarını artırmağa belə vaxt sərf etmək istəmirlər ki, bunun da saysız-hesabsız nümunələri var. Bu adamlar mətbu orqanlardakı məqalələrini, hətta müsahibələrini, yaxud nadir hallarda rast gəldiyimiz parlamentdəki çıxışlarını belə özləri hazırlamırlar, kimlərəsə yazdırırlar...

Biznesmen-deputatların sayı parlamentimizdə kifayət qədər çoxdur və onları hamı tanıyır. Məsələn, deputat Ağalar Vəliyev var. Tikinti maqnatıdır. Pulu, var-dövləti, biznesindən başqa heç nəyi ilə seçilməyib. Hansısa təklifini, təşəbbüsünü, cəmiyyəti maraqlandıran mövzularda mövqeyini, çıxşını görən olmayıb.

Cavanşir Feyziyevlə Ağalar Vəliyevin pulunu BALTA KƏSMİR: Amma nə olsun...

Belə bir adamın Azərbaycan siyasətində, parlamentində olması vacibdirmi? Onu parlamentdə nə maraqlandıra bilər axı? Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan A. Vəliyev indiyə qədər zəhmət çəkib statistika xatirinə belə çıxış etməyi özünə rəva bilmir. Ancaq özünə arxayındır və bilir ki, indiyə qədər necə “seçilibsə”, indidən sonra da belə davam edəcək.

Soruşan da yoxdur ki, ümumiyyətlə siyasi tipi və siyasətlə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan belə deputatlara parlamentin nə ehtiyacı var? Onların depuatat olması bu dövlətə, seçiciyə nə verir axı? Qapısına gələn 3-5 kasıba 5-10 manat verməkmi(onu da versələr)? Deputat bu olmalı, belə olmalıdırmı?

Axtaran olsa, bizim biznesmen-deputatların bizneslərində saysız-hesabsız qüsurlar, qanunsuzluqlar, vergidənyayınmalar və s. tapar. Bu da təkcə həmin şəxslərin tamahkarlığından yox, həm də ölkədəki biznes mühitindən, vergi və məhkəmə sisteminin idealdan çox-çox uzaq olmasından qaynaqlanır.

Azərbaycanın vergi və qanunvericilik sisteminə qeyd-şərtsiz riayət etsəydilər, başqa-başqa məlum yollara baş vurmasaydılar onlar çətin ki, milyonçuya, oliqarxa çevrilərdilər. Ona görə də necə “gözükölgəli” biznesmen, iş adamıdırlarsa, o cür də deputatdırlar. Ona görə də nə siyasətçi kimi siyasətçi, nə də klassik mənada biznesmen kimi biznesmen ola bilirlər. Ona görə də iş, biznes mühitinin yumşaldılmasına, liberallaşdırılmasına dair real təşəbbüslərlə çıxış etmək əvəzinə vergi yükünün artıtrılmasına, kiçik və orta sahibkarlığın həyatının ağırlaşdırılmasına yönələn məhdudiyyətlərə səs vermək məcburiyyətindədirlər. Ümumiyyətlə, sanki deputatların əksəriyyəti(necə seçilmələrindən asılı olmayaraq) ya xalqın adından danışmaq, mövqe qoymaq, tələb etmək səlahiyyətlərini bilmir, hiss etmirlər, ya da bu məsuluyyətdən qorxurlar...

Cavanşir Feyziyevlə Ağalar Vəliyevin pulunu BALTA KƏSMİR: Amma nə olsun...

Azərbaycanda uğurlu iş adamının nə dərəcədə faydalı deputat olmasının, məsələn, Cavanşir Feyziyev nümunəsi var. Adam Böyük Britaniyadan üzü bu yana Azərbaycanın onsuz da müxtəlif geosiyasi qüvvələrin qaralamağa çalışdığı imicinə vurmadığı ziyan qalmayıb.

Bir Azərbaycan deputatı kimi adı, eləcə də Azərbaycanda qazandığı milyonlar Britaniya məhkəmələrinin və mətbuatının müzakirə predmetidir. Mülkləri, pulları məhkəmə yolu ilə əlindən alınır. Onun sayəsində Azərbaycandakı biznes mühitinin eybəcərlikləri bir qədər də şişirdilmiş şəkildə bütün dünyaya car edilir, siyasiləşdirilir və ölkəmizə qarşı istifadə edilir. Ancaq bizdə ondan soruşan yoxdur ki, mənşəyi yumşaq desək, şübhəli olan həmin on milyonlar, yüz milyonlar nədən Azərbaycana, doğulub böyüdüyü Şəkiyə yox, Britaniyaya yatırılırdı ki, sonra da şəkililər deməsin, “təpəsinə vurub əlindən alırdılar”? Bir deputat mandatlı iş adamının öz dövlətinə, parlamentinə edə biləcəyi xidmət bu olmalıdırmı?

Tək Feyziyev deyil, Azərbaycandakı deputat-biznesmenlərin hamısının bir ayağı Qərbdədir. Hansı ki, doğrudan da özlərini bu ölkənin parlamentində oturmağı haqq etmiş məsuliyyət və səlahiyyət sahibi hesab edirlərsə, milyonlarını ora-bura daşıyıb, sonra da itirmək təhlükəsilə üz-üzə qalmaqdansa, öz ölkələrini normal, yaşamalı hala gətirməyə çalışmalı idilər...

Məlum məsələdir ki, Azərbaycanda bütün dünyada başa düşülən klassik formada biznesmenlərin siyasətə gəlişi, iş adamının uğurlu siyasətçiyə, liderə çevrilməsi mükün deyil və yaxın gələcəkdə də mümkün olmayacaq. Belə olan halda bu prosesin imitasiyasını yaratmağın nə mənası var?

Yəqin ki, normal seçki, siyasi mühit olmadan, ümumilikdə parlament institutunun çəkisini, hörmətini qaldırmadan, onu konstitusiyaya görə malik olduğu yerə çatdırmadan parlamentin tərkib sarıdan keyfiyyətini yüksəltmək çətin olacaq. Bütün bu qüsurlar qaldıqca isə yeni gələnlər köhnələrdən çox fərqlənməyəcək, parlament siyasət, siyasi rəqabət arenasına çevrilməyəcək. Ona görə də bu gün bir çox biznesmen deputatlar və digər millət vəkillərinin timsalında indiki konfiqurasiyası ilə Azərbaycan parlamentində olmaq, hələ heç də siyasətdə olmaq demək deyil...

“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru