Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                     Köçəryanı qane edən Qarabağ təklifi .....                     Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                 

Başçı başçı olsaydı... - DƏLİXANADIR, VALLAH...
Tarix: 23-05-2024, 12:26 | Çap et
Başçı başçı olsaydı...
Məlumdur ki, ölkəmizdə hər kəsin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına və s. olan tələbatının lazımi səviyyədə ödənilməsi məqsədilə müəyyən addımlar atılsa da, faktdır ki, bu gün də bu sahədə çox ciddi problemlər yaşanmaqdadır. Baxmayaraq ki, Prezident İlham Əliyev 29 aprel 2019-cu il tarixdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması haqqında №114 Sərəncam imzalamışdır. Bu Sərəncamın imzalanmasında əsas məqsəd, qeyd etdiyimiz kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının daha da artırılması, həmçinin bu sahənin beynəlxalq tələblərə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Cənab Prezident tərəfindən belə bir Sərəncamın imzalanmasına baxmayaraq, bu gün də bəzi işbazlar tərəfindən əksər ictimai-iaşə obyektlərində olmazın hoqqalara qol qoyulmaqda davam edir.

Unutmaq olmaz ki, qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına, həm də hər kəsin rifah halına olduqca mənfi təsirini göstərir. Bu baxımdan qida təhlükəsizliyi məsələsi cəmiyyətimizin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında və s. xüsusi əhəmiyyət kəsb edən bir sahədir. Hal-hazırda qida və kənd təsərrüfatı məhsullarının istehsal və idxal-ixrac həcminin artırılması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiə olunması kimi məsələlər əsas şərt olaraq qarşıya qoyulsa da, yenə də əksər ictimai-iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində ciddi problemlər yaşanmaqdadır. Adicə bir faktı qeyd edək ki, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi-5 ünvanında yaşayan sakinlər tərəfindən müraciət daxil olmuşdur. Müraciət müəlliflərinin etdikləri xahişi nəzərə alıb qeyd olunan ünvanda olduq və müəyyən araşdırmalar da həyata keçirdik.
Apardığımız araşdırmalar zamanı ilk olaraq qeyd olunan ünvanda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olan Səttar Məmmədov adlı şəxsə bir neçə sual verib lazımi cavablar əldə etdik. Bəli, bu şəxs ünvanladığımız suallara verdiyi cavabında “Mən uzun müddətdir ki, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi-5 ünvanında yaşayıram və yaşadığım mənzilin qarşısındakı qarajda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul oluram. Qeyd edim ki, belə bir fəaliyyət növü ilə məşğul olmağım üçün ilk gündən aidiyyəti dövlət qurumlaından lazımi sənədləri, hətta sağlamlıq arayışı da almışam. Hal-hazırda VÖENim var və mən vergi ödəyicisiyəm. Çalışdığım qarajda meyvə-tərəvəz satarkən hər cür təmizliyə, lazımi tələblərə, alıcılarla səmimi münasibətin yaranmasına və s. olduqca önəm verirəm. Belə bir səbəbdəndir ki, ətraf ərazidə yaşayan sakinlərin hər biri mənim fəaliyyətimdən, insanlara qarşı göstərdiyim səmimi münasibətdən olduqca razılıq edirlər” dedi. Elə ki, qeyd olunan ünvanda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olan digər şəxsə, yəni əslən Sabirabad rayonundan olduğu bildirilən Qəzənfər adlı şəxsə də bəzi suallarımızı ünvanladıq. Bu şəxs isə ünvanladığımız sualları cavablandırmaq əvəzinə, bir növ “burcutmalara” qol qoydu. Bu da onu ehtimal etməyə əsas verir ki, meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən bu şəxs, indiyə kimi aidiyyəti dövlət qurumlarından lazımi sənədləri əldə etməyib. Sadəcə olaraq o, bəzi dövlət qurumlarının əməkdaşları ilə “dil tapdığından”, bu gün də fəaliyyətini davam etdirməkdədir.
Bir sözlə, apardığımız araşdırmalar zamanı bir çox həqiqətləri üzə çıxara bildik. Yəni, ilk olaraq Səttar Məmmədovun hansı əsasla fəaliyyət göstərməsini araşdırarkən bəlli oldu ki, bu şəxs ilk gündən bütün lazımi sənədləri əldə edib. Qeyd olunan ünvanda meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən Qəzənfər adlı şəxs isə, “Gedin öz işinizlə məşğul olun, özüm bilirəm necə fəaliyyət göstərirəm” cavabını verdi. Hətta, üstüörtülü olsa belə o, bizə qarşı hədələyici ifadələr işlətməkdən də çəkinmədi. O halda ortaya çoxsaylı suallar çıxır, görəsən Əbdürrəhim bəy Haqverdiyev küçəsi-5 ünvanında meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən Qəzənfər adlı şəxs, Dövlət Vergi Xidmətində, Yasamal Rayon İcra Hakimiyyətində və digər dövlət qurumlarında çalışan, həmçinin qeyd olunan problemin varlığına cavabdehlik daşıyanların diqqətindən necə yayınır? Yəni, sual oluna bilər ki, görəsən ərazi üzrə cavabdehlik daşıyan aidiyyəti dövlət qurumlarının məsul şəxsləri Qəzənfər adlı şəxsin atdığı addımlara niyə göz yumurlar? Deməli, ortada hansısa “gizli əmmalar”, yaxud da “qaranlıq müəmmalar” var ki, bir kimsə bu şəxsə “qaşın üstə qara var” demir, yaxud da deməyi bacarmır. Bu belə olduğundan qeyd olunan problemi ictimailəşdirmək qərarına gəldik ki, ortada olan bəzi “gizli əmmalara”, bir çox “qaranlıq müəmmara” aydınlıq gətirilsin. Əslinə baxsan, Qəzənfər adlı şəxsin aidiyyəti dövlət qurumlarından lazımi sənədləri əldə etmədən fəaliyyət göstərməsi yolverilməz haldır. Digər tərəfdən, bu şəxsin vergi ödəyicisi olmadan qeyri-qanuni fəaliyyət göstərməsi, birbaşa vergi cinayətinin baş verməsinə yollar açır. Deməli, adlarını hallandırdığımız dövlət qurumunun əməkdaşları üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirmirlər ki, bir çox şəxslər, o cümlədən Qəzənfər adlı şəxs də vergidən yayınır və məşğul olduğu sahəyə dair tələb olunan qaydalara əməl etmir. Biz bir media qurumu olaraq bu yöndə araşdırmalarımızı aparmaqla, məhz bu gün də tam əksəriyyət üçün maraqlı və düşündürücü məqamları ortaya çıxartmağa çalışacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

GundemXeber.Az



diaaz.space-dan: Hər halda bu araşdırmadan da göründü ki, artıq Yasamalda başsızlıq, özbaşınalıq az qala bütün sferalarda hiss olunur. Əgər belə olmasaydı, bütün qanunlara riayət edən Elnur adlı sahibkar hədəfə çevrilməzdi... Amma ondan fərqli olaraq qanunları saya salmayan sahibkar isə meydan sulayır... Bütün bunların bir adı var: ELŞAD HƏSƏNOV İDARƏÇİLİYİ...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru