`Azercell` `İrancell`in BİR ŞÖBƏSİ KİMİ XİDMƏT GÖSTƏRİR... - BU FAKTDIR!
Tarix: 21-06-2024, 11:45 | Çap et
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı "Azercell" şirkətini tənqid edib. Buna doğulduğu Yardımlı rayonuna səfər edən millət vəkilinin telefonuna "İrana xoş gəlmisiniz..." mesajının göndərilməsi səbəb olub. S.Rüstəmxanlı bunun bağlı sosial şəbəkədə paylaşım edib: "Hörmətli Azərsell! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma "İrana xoş gəlmisiniz…” mesajı göndərirsən? Sən axı Azərsellsən, İransell deyilsən!", - deyə millət vəkili vurğulayıb. Qeyd edək ki, Azərbaycanın sərhəd rayonlarında yaşayan sakinlər və ya həmin bölgələrə səfər edənlər tez-tez sosial şəbəkələrdə mobil rabitə şirkətlərinin - "Azercell", "Bakcell" və NAR-ın ünvanına oxşar şikayətlərlə çıxış edirlər. Belə ki, Yardımlı, Cəlilabad, Biləsuvar və digər rayonlarda istifadəçilərin telefonuna "İrana xoş gəlmisiniz" məzmunlu mesajlar gəlir. Bundan başqa neçə illərdir İran və digər qonşu ölkələrin telekanallarının proqramlarının sərhəd bölgələrimizdə qanunsuz yayımı halları da davam edir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə mövzu ilə bağlı “Sherg.az"a açıqlamasında deyib ki, uzun illər milli məfkurə və azadlıq mübarizəsi aparan ağsaqqal yazıçının öz vətənində hərəkət edərkən ona belə bir mesajın gəlməsindən dolayı reaksiyası anlaşılandır:
“Gərək mobil operatorlar “yatmasınlar”, aidiyyəti qurumlarla radio monitorinqlər aparsınlar, baza stansiyalarının güclərini artırsınlar. Öz ərazimizdə olduğumuz zaman xarici ölkənin mobil operatoruna rouminq bağlantısı mesajının daxil olması arzuolunan deyil, yolverilməzdir. "Azercell"in İranla rouming razılaşması var. Bu o deməkdir ki, müştərisi "Azercell"in baza stansiyasının təsir dairəsindən uzaqlaşdıqda ona həmin əraziyə yaxın olan, "Azercell"ə rouminq müqaviləsi olan digər operator xidmət göstərməlidir. Yardımlıda, həmin ərazidə isə bu operator NAR, yaxud "Bakcell" deyil, həmin əraziyə yaxın olan "İrancell"dir. Düşünürəm ki, belə olmamalıdır. Əlbəttə, beynəlxalq normativlər var, sərhəd zonalarında yerləşən radiovasitələrin gücləri ölkələr tərəfindən beynəlxalq normalarla tənzimlənir. Lakin təəssüf ki, biz hələlik İranla bu cür tənzimləmələri, məhz onların beynəlxalq normalara sayğısızlığı səbəbindən başa çatdıra bilməmişik. Güman ki, onlar məqsədyönlü olaraq sərhəddə yerləşən baza stansiyaların istiqamətini, gücünü də beynəlxalq normalara zidd olaraq tənzimləyiblər. Belə olan halda isə bizim operatorlarımızın üzərinə daha böyük məsuliyyət düşür. Onlar daim bunu nəzarətdə saxlamalıdırlar. Təəssüf ki, bizim mobil operatorlarımız indiyədək də ortaq bir baza stansiyaları şəbəkəsi qura bilməyiblər. Yalnız NAR və "Bakcell" ortaq şəbəkəyə malikdir. Xatırlayıram ki, 2-ci Qarabağ savaşından məğlub çıxan Ermənistan , o zaman Şuşa ətrafındakı baza stansiyalarını gücləndirərək Şuşaya gələn xarici qonaqlara da bu tip mesajlar göndərmişdilər. O zaman bizim aidiyyəti qurumlar bu məsələni zamanında həll etmişdilər. İndi təsəvvür edin ki, ölkəmizə gələn COP29 qonağı, yaxud turist cənub bölgəsinə daxil olur. Onun telefonuna xidmət edən xarici mobil opetaror həmin ərazidə olan, hətta rouminq müaviləsi olan "Azercell"in baza stansiyasının siqnalını deyil, "İrancell"in siqnalını qəbul edəcək. Və ona da “İrana xoş gəlmisiz” mesajı daxil olacaq. Bütün bunlar isə yolverilməzdir. Əgər bizim operatorların baza stansiyaları bütün ərazilərimizdə daha tez əlçatan olsa, daha güclü olsa belə bir arzuolunmaz mesajlar da telefonlarımıza gəlməz. Bu, birmənalıdır. Mobil operatorlar və aidiyyəti dövlət qurumları İranla radio müdaxilə məsələlərini beynəlxalq normalara uyğun bitirməli, bu problemin həllinə resurslar ayırmalı və tez bir zamanda bunu həll etməlidirlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|