"Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" - deputat
Tarix: 2-10-2024, 08:59 | Çap et
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan G20-nin (“Boyuk İyirmi”lər) ikinci nazirlər görüşündə çıxış edib. XİN şefi fürsətdən istifadə edərək sədəqə almaq üçün özünü və ölkəsini “məzlum erməni” obrazında göstərməyə çalışıb. Mirzoyan deyib: “Mən son illərdə qlobal və regional böhranların nəticələri ilə üzləşmiş, dənizə çıxışı olmayan, orta gəlirli, dağlıq ərazisi olan bir ölkəni təmsil edirəm. Ermənistan hər bir ölkənin məqsədyönlü və uyğunlaşdırılmış siyasət və dəstək vasitəsilə öz inkişaf istəklərini həyata keçirmək imkanına malik olduğu qlobal mühiti təşviq etməklə, xüsusi vəziyyətlərdə olan ölkələrin ehtiyaclarının ödənilməsinin vacibliyini ardıcıl olaraq vurğulayır. Güclü, əhatəli, effektiv və çoxtərəfli maliyyə institutları bu məqsəd üçün çox vacibdir”. Loru dildə desək, Mirzoyan demək istəyir ki, Ermənistan özünə zorba və varlı bir sponsor axtarır. XİN başçısı vurğulayıb ki, Ermənistan dağlıq ərazidə yerləşir, bu səbəbdən də iqlim dəyişikliklərindən ciddi təsirlənir, təbii sərvəti yoxdur, qlobal və regional böhranlara cəlb edilib və s.
Mirzoyan çıxışında Azərbaycanın ünvanına növbəti dəfə əsassız, yalan fikirlər səsləndirib. O iddia edib ki, guya Ermənistan Azərbaycan tərəfindən “təcavüzə” məruz qalıb: “Bu gün bir çox regionlarda inkişafın tərəqqisinə ciddi zərbə vuran təcavüzün, silahlı münaqişələrin, geosiyasi gərginliyin, inamsızlığın şahidi oluruq. Genişmiqyaslı müharibənin nəticələri, onun suveren ərazisinə təcavüz aktları və Dağlıq Qarabağın bütün yerli əhalisi olan 140 minə yaxın qaçqın axını Ermənistanın inkişaf arzularına ciddi zərbə vurdu, lakin bu fəlakətlər hakimiyyəti sarsıda bilmədi”. Qeyd edək ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov Nyu-Yorkda keçirilən G20 XİN başçılarının iclasında bəyanatla çıxış edib. Lakin bəyanatın mətni yayılmayıb.
Ümumiyyətlə, Ermənistan özünü auksiona çıxarmış dövlət kimi aparır. Rusiyanın peykindən uzaqlaşmağa can atan ölkə yeni ağalar və maliyyə mənbələri axtarışına çıxıb. Son aylarda ən böyük dəstək ABŞ və onun maliyyə fondlarından olub. İstər Brüsseldə keçirilən 5 aprel görüşündə Blinken və Leyenin açıqladığı maliyyə yardımları olsun, istər USAİD rəhbəri Pauerin əlavə 20 milyon dollar dəstəyi olsun, bu vəsaitlərlə İrəvan beynəlxalq dayaqlar qazanmağa can atır. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, postmünaqişə dövründə təcavüzkar ölkə üçün “Marşal planı” işə salınıb. İkinci Dünya müharibəsində məhv edilmiş alman faşizminin vurduğu zərərlərə baxmayaraq, bəzi dövlətlər Almaniyanın dirçəldilməsi üçün məhz həmin planı icraq etmişdilər. İndi də 30 il Azərbaycan ərazilərini talan etmiş, sərvətlərini mənimsəmiş, daşını daş üstünə qoymamış, milyardlarla dollar dəyərində azərbaycanlılara və dövlətə zərər vurmuş Ermənistanın müharibədəki biabırçı məğlubiyyətindən sonra reabilitasiyası həyata keçirilir.
Eyni zamanda müxtəlif platformalarda, tribunalarda Ermənistan rəsmiləri özlərini zərərçəkmiş tərəf kimi sırımağa çalışırlar. Xristian təəssübkeşliyini nəzərə alsaq, bu ölkənin rusların orbitindən kənarlaşdırılmaq kimi strateji məqsədləri də əlavə etsək, bəli, bəzi Qərb dövlətlərinin bu hiylələrə, saxtakar çıxışlara inanması mümkündür. Hərgah, Mirzoyanın açıqlamaları “timsahın göz yaşları”na bənzəyir. Bütün hallarda biz Qərbdən heç bir şəhərinə raket düşməyən Ermənistana dəstək görməkdəyik, nəinki Birinci və İkinci Qarabağ müharibələrində maddi-mənəvi zərər görmüş Azərbaycana...
AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ermənilər əsrlər boyu özlərini “məzlum”, “soyqırıma” məruz qalmış xalq kimi təqdim ediblər: “Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər. Elə bu yalançı məzlumluqla da qondarma dövlətin qurulmasına nail olublar. Sonra bu qondarma dövlət istifadəyə yararlı material kimi istifadə olunub. Çünki onlardan zamanında türk dünyasına zərərli bufer kimi yararlanıblar”. Onun sözlərinə görə, Türk dünyası, Azərbaycan gücləndikcə erməni yalanları ifşa olunub, nəticə olaraq torpaqlarımız işğaldan azad edilib: “Azərbaycan heç bir ölkənin torpağını işğal etməyib. Təcavüzkar Ermənistandır, amma həyasızlığı BMT-də belə davam etdirirlər. Əksinə, Qərbi Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Sadəcə, beynəlxalq birliyə göstərmək istəyirlər ki, ölkənin dənizə çıxış yoxdur, dağlıq regiondur, yəni dünyaya çıxışları qalmayıb. Amma Ermənistan nə qədər yazıq siması almağa çalışsa da, xeyri yoxdur. Necə ki, Qarabağa qayıtdıq, Qərbi Azərbaycana da dönəcəyik. Bu, ermənilərin qorxulu röyasıdır və reallaşacaq”.
Siyasi ekspert Ramiyə Məmmədova isə erməni rəsmilərinin ittiham xarakterli çıxışlarının sülh prosesinə zərər vurduğunu qeyd etdi. Onun fikrincə, “Azərbaycanın hücumları” deyəndə erməni tərəfi Qarabağdakı antiterror əməliyyatını və sərhəd döyüşlərini nəzərdə tutur: “Hər iki hadisədə Ermənistan ağ yalanlar danışır. Azərbaycan öz torpağına hücum edə bilməz, məntiqsiz yanaşmadır. Dinc ermənilərə də hücum olmayıb, qabaqcadan vərəqələr paylanıb, səsgücləndirici ilə mülki əhaliyə xəbərdarlıq olunub, heç kəsin burnu qanamayıb. Azərbaycan Ordusu Qarabağda separatçı və terrorçu güclərə hücum edib. Bu hücumun da səbəbi öz torpaqlarımızdan başqa dövlətin yerləşdirdiyi qanunsuz silahlı birləşmələri çıxarmaq olub. Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı tör-töküntülərini təmizlədiyi üçün dünya bizə heç nə deməyib. Fransa və bir-iki beynəlxalq təşkilatın hürməsindən əlavə reaksiya yoxdur”.
Ekspert vurğuladı ki, sərhəd döyüşləri Ermənistanın ucbatından olub: “Düşmən hərbi təxribatları gücləndirib və hadisələr şərti sərhəddə baş verib. Bu zaman Ermənistanın işğal dövründə qanunsuz olaraq irəli çəkdiyi ərazilərə nəzarəti təmin etmişik. Sərhədin dəqiqləşməsi aparılmadığı üçün iddia edə bilməzlər ki, onlara aid ərazilərdir. Artıq Ermənistanın Konstitusiya Məhkəməsi delimitasiya komissiyası ilə bağlı əsasnamənin reqlamentini təsdiq edib və ümid edək ki, sərhədlərin müəyyənləşməsi üçün praktik addımlar atılacaq. O zaman şərti sərhəd delimitasiya olunaraq hansı ərazinin kimə aid olduğu bilinəcək. Bu prosesə qədər isə İrəvanın ittihamlarının hüquqi əsası yoxdur. Hətta həmin Mirzoyan "güzgü prinsipi" ilə qoşunların sərhəddə geri çəkilməsini təklif etmişdi, azərbaycanlı həmkarı Bayramov rədd cavabı vermişdi. Biz onlara güvənə bilmərik və hazırda strateji nöqtələrə kontrol edirik. Nə zaman sərhəd dəqiqləşəcək, onda danışmaq olar. O baxımdan Mirzoyan G20 ölkələrinin xarici işlər nazirləri toplantısında köhnə blefləri təkrarlayıb".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
|