
“Naxçıvan Yol Təmir Tikinti” MMC-yə (VÖEN:0200024441) 7 şirkət qoşulur.
FED.az xəbər verir ki, MMC “Şərur Yol Təmir Tikinti İstismar” MMC-nin (VÖEN:0700011511), “Culfa Yol Təmir Tikinti İstismar” MMC-nin (VÖEN:0600008841), “Kəngərli Yol Təmir İstismar” MMC-nin (VÖEN:0900011811), “Babək Yol Təmir İstismar” MMC-nin (VÖEN:0300004271), “Sədərək Yol Təmir İstismar” MMC-nin (VÖEN:0500006301), “Şahbuz Yol Təmir İstismar” MMC-nin (VÖEN:0800013491), “Ordubad Yol Təmir İstismar” MMC-nin (VÖEN:0400003491) ona qoşulması şəklində yenidən təşkil edilir və adı “Naxçıvan Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq dəyişdirilir.
Qeyd edək ki, “Naxçıvan Yol Təmir Tikinti” MMC 7 aprel 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 200 manat nizmanamə kapitalına malikdir. Qanini təmsilçisi Məzahir Hüseynov Məmməd oğludur. Hüquqi ünvanı, Naxçıvan şəhəri, N. Tusi ev 12 ünvanıdır.