
"Subo" ləqəbli azərbaycanlı bloger və pranker Sübhan Məmmədov Rusiyaya 70 il müddətinə giriş hüququndan məhrum edilib.
Axşam.az xəbər verir, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
Buna səbəb isə Rusiyadakı polis və hərbçilərlə bağlı çəkdiyi prank videoları olub. Videoların dəqiq məzmunu isə açıqlanmayıb.
Aparılan yoxlama nəticəsində həm də məlum olub ki, 26 yaşlı Sübhən Məmmədov Rusiyaya vətəndaşlıq üçün müraciət edərkən özü haqda yanlış məlumatlar təqdim edib.
Hazırda onun yalnız Azərbaycan vətəndaşlığı qalır.