"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                 

"Azərbaycanın belə bir hədəfi yoxdur" - GUAM-da NƏ BAŞ VERİR?
Tarix: 5-03-2025, 08:57 | Çap et
"Azərbaycanın belə bir hədəfi yoxdur"
Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib. “Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın sədrliyi ilə GUAM Parlament Assambleyasının onlayn iclası keçirilib və toplantıda quruma üzv ölkələrin parlament nümayəndələri iştirak ediblər.

Sessiya çərçivəsində birgə komitə iclası və büro toplantısı keçirilib, yekun sənədin son variantı təsdiqlənib və assambleya iclasında çıxışlar edilib.

Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi sədrinin birinci müavini Tornike Çxeişvili çıxışında GUAM üzv ölkələri arasında sektoral əməkdaşlığın təşviqinin hər zaman düzgün istiqamətdə atılmış addım olduğunu bildirib. O vurğulayıb ki, bu, ümumi imkanların araşdırılmasına və qarşılıqlı inkişafa töhfə verir. Çxeişvilinin sözlərinə görə, dialoqun, bilik və təcrübə mübadiləsinin, eləcə də yeni layihə və təşəbbüslərə üstünlük verilməsinin vacibliyi ön planda olmalıdır. O qeyd edib ki, GUAM çərçivəsində ticarət, rabitə, energetika və nəqliyyat sahələrində geniş imkanlar mövcuddur və bu istiqamətdə milli parlamentlər də mühüm rol oynaya bilərlər. T.Çxeişvili çıxışında son illərdə GUAM regionunun artan çağırışlarla üzləşdiyini, bunun üzv ölkələrin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü üçün təhdid yaratdığını vurğulayıb. O, regionda sülhün qorunmasının vacibliyini qeyd edərək, Gürcüstanın bu istiqamətdəki prioritetlərini deputatların diqqətinə çatdırıb. Sessiyanın sonunda assambleyanın yekun sənədi - kommunike qəbul edilib. GUAM Parlament Assambleyasının sədrliyi bir il müddətinə Azərbaycandan Gürcüstana keçib.

Yada salaq ki, GUAM 10 oktyabr 1997-ci ildə Strasburqda keçirilmiş zirvə görüşündə yaradılıb. 23 may 2006-cı ildə Kiyevdə keçirilmiş zirvə görüşündə isə iştirakçı dövlətlərin dövlət başçılarının nizamnaməni imzalamaları ilə GUAM təşkilat statusuna sahib olub.

Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna GUAM-ın təsisçiləri və hazırkı üzv-dövlətləridir.

Demokratiyanın inkişafı, iqtisadi inkişaf, təhlükəsizlik və sabitlik GUAM-ın əsas məqsədləri sırasındadır və üzv dövlətlər bu istiqamətdə fəal əməkdaşlıq edir. İqtisadi əməkdaşlığın ticarət, nəqliyyat, gömrük, turizm, texnologiyalar kimi sahələri GUAM çərçivəsində əməkdaşlığın prioritet istiqamətləridir. GUAM Azad Ticarət Sazişi və GUAM Nəqliyyat Dəhlizi təşkilat çərçivəsində ən vacib layihələrdir.

GUAM çərçivəsində sahəvi əməkdaşlıq ticarət, nəqliyyat, gömrük, turizm, enerji, fövqəladə hallar, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, təbii fəlakətlərin idarə olunması, təhsil, mədəniyyət, elm və texnologiya və s. kimi işçi orqanlar tərəfindən aparılır.

GUAM İşgüzar Şurası və GUAM Parlament Assambleyası GUAM-ın əlaqədar təşkilatlarıdır. GUAM katibliyi nizamnaməyə əsasən Kiyev şəhərində yerləşir.

Azərbaycan 2007-2008, 2012, 2016 və 2020-ci illərdə GUAM-da sədrlik edib. Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri eyni zamanda ölkəmizin GUAM yanında daimi nümayəndəsidir.

Bəs təşkilatı fəalliyyətini niyə dirçəltmək mümkün olmur? Bu format sanki ömrünü başa vurmuş kimi görünür, xüsusilə Ukrayna müharibəsindən sonra. Bəs ekspertlər bu barədə nə düşünür?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı GUAM-ın effektsizliyinə diqqət çəkdi: “GUAM 1997-ci il oktyabrın 10-da Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın iştirakı ilə regional əməkdaşlıq və siyasi müzakirələr məqsədilə yaradılmış təşkilatdır. 2001-ci ildə Yalta şəhərində keçirilən ilk zirvə görüşündən sonra beynəlxalq struktur kimi formalaşan təşkilat bu zamana qədər istər qurum çərçivəsində, istərsə də qlobal müstəvidə baş verən siyasi proseslərdə gözlənildiyi kimi effektiv mövqe sərgiləyə bilməyib. Geosiyasi təsirlər, regional münaqişələr, iqtisadi problemlər, siyasi dəyişikliklər və strateji maraqların toqquşması dördlü formatın fəaliyyətini çətinləşdirən əsas faktorlardır. Hazırda GUAM daxilində siyasi, iqtisadi və hərbi güc kontekstində müstəqil aktor kimi çıxış edən yeganə dövlət məhz Azərbaycandır. Ölkəmiz öz potensialı hesabına işğalı sonlandırmış, ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Lakin digər üzvlər haqqında eyni sözləri demək olduqca çətindir. Çünki Gürcüstan və Ukrayna indi də Rusiyanın işğalından əziyyət çəkir, Moldovada siyasi istiqrarsızlıq hökm sürür və rəsmi Moskva növbəti hədəf olaraq Kişinyovu təhdid edir. Belə olduğu təqdirdə, GUAM mövcud potensialını lazımi səviyyədə səfərbər edə bilmir. Ancaq formatın dirçəldilməsi üçün ilk növbədə təhlükəsiz mühit formalaşdırılmalıdır, müzakirələrin artırılması əsasında sənaye və iqtisadi əməkdaşlığın genişləndirilməsi lazımdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu qurumun zəifləməsinə səbəb kimi bu amili irəli sürdü: “GUAM 1990-cı illərin sonunda təsis olunanda üzv ölkələri bir neçə amil birləşdirirdi. Birincisi, Rusiyanın hər bir GUAM-a üzv ölkə ilə münasibətləri gərgin idi, Moskvanın təzyiqləri var idi. Buna görə də GUAM ölkələri Rusiyanın təziqlərindən birgə qorunmağa üstünlük verirdilər. İkincisi, GUAM ölkələrinin hər birində separatçı bölgə var idi və həmin separatçılar Moskvadan dəstək alırdılar. Üçüncüsü, GUAM ölkələri Qərbin siyasi, iqtisadi və hərbi təşkilatlarına birgə inteqrasiya yolunu tutmuşdular. Bu gün bu mövzuların bir çoxunun aktuallığı azalıb. GUAM üzvlərindən Ukrayna və Moldova NATO və Avropa İttifaqına üzv olmaq istəyirlər. Azərbaycanın belə bir hədəfi yoxdur. Gürcüstan Ukrayna və Moldova kimi NATO və Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoysa da, Qərblə münasibətlərində gərginlik yaşayır. Avropa İttifaqının Gürcüstan rəsmilərinə qarşı sanksiya qərarları var. Azərbaycanın GUAM-ın digər üzvlərindən fərqləndirən digər amil separatçılığa son qoymasıdır.

GUAM-ın zəifləməsinə səbəb üzv ölkələr arasında tərəfdaşlığın istənilən səviyyədə olmamasıdır. Doğrudur, Azərbaycan Gürcüstanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirib. Ukraynada müharibə getdiyindən bu ölkə GUAM üzvləri ilə iqtisadi əlaqələri yüksək səviyyəyə qaldıra bilmir. Moldovanın Azərbaycan və Gürcüstanla iqtisadi əlaqələri isə aşağı səviyyədədir. Təşkilatı zəiflədən digər amil Gürcüstanla Ukrayna arasındakı münasibətlərdə gərginlikdir. Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın indiki hakimiyyətini Rusiya ilə əlaqələrinə görə, Gürcüstan hakimiyyəti isə əksinə, Ukrayna hakimiyyətini sərt tənqid edir. Bu amil də GUAM-ın fəallığına əngəldir. Buna baxmayaraq, təşkilat aşağı səviyyədə fəaliyyətini davam etdirir. Mümkündür ki, gələcəkdə üzv ölkələr arasında inteqrasiya güclənsin. Məsələn, Azərbaycanla Gürcüstanı birləşdirən nəqliyyat və enerji layihələrinə Ukrayna və Moldovanın qoşulması mümkündür".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru