Ədalət Partiyasındakı qarşıdurma polisdə bitdi - “Kilidi dəyişdirmişəm, Mütəllim Rəhimlini içəri buraxmıram”
Tarix: 22-04-2025, 17:31 | Çap et
 Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra qurultay vasitəsi ilə yeni sədrin seçilməsi nizamnamənin əsas tələblərindən biridir. Biz də qurultayın əleyhinə deyilik. Bununla bağlı müzakirələr gedir, yaxın dövrlərdə qərar qəbul olunacaq. Digərlərindən fərqli olaraq qurultayın keçirilməsi prosedurunu nizamnaməyə uyğun aparırıq. Ona görə də indiyə kimi Ədalət Partiyası Siyasi Şurası və Ali Məclisinin iclaslarının keçirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır. Həmin toplantılar və orada verilən qərarlar legitim deyil.
Bunu Teleqraf-a açıqlamasında Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev deyib.
O bildirib ki, nə Siyasi Şuranın, nə də Ali Məclisin iclasına qatılıb: “Partiya sədrinin səlahiyyətlərini mən icra edirəm. Mən və rəhbərlikdə təmsil olunan şəxslərin əksəriyyəti indiyə qədər təşkil olunan iclaslara qatılmamışıq. Bu baxımdan da sosial şəbəkələrdə Mütəllim Rəhimlinin verdiyi açıqlamalar həqiqətə və partiya nizamnaməsinə uyğun deyil. Onun göstərdiyi rəqəmlər saxtadır və o iclaslarda iştirak edənlərin 80 faizinin Ədalət Partiyasının Ali Məclisi ilə heç bir əlaqəsi yoxdur. Burada ali məclisin çağrılması prosedurları pozulub. İclası Mütəllim Rəhimli deyil, mən aparmalıyam”.
M.Babayev siyasi təşkilatın rəhbərliyində təmsil olunanların 99 faizinin öz səlahiyyətlərini icra etdiyini vurğulayıb: “Ancaq bir nəfər, yəni, Mütəllim Rəhimli Ədalət Partiyasının strukturlarına alternativ yaratmaqla məşğuldur. Aprelin 19-da keçirilən iclas da nizamnaməyə zidd olduğu üçün onların qurultay qərarları əsassızdır. Mümkün qədər bu qanunsuz hərəkətlərə qarşı çıxmışam və bunun üçün partiya qərargahının giriş kilidini dəyişdirmişəm. Bununla bağlı Mütəllim Rəhimli məndən polisə şikayət etmişdi. Polisə getdim, aydınlıq gətirdim və məsələ öz həllini tapdı. Çünki mən partiyanın səlahiyyətlərini icra edən şəxs kimi orada olan hər şeyə cavabdehəm. Mütəllim Rəhimli pozuculuqla məşğul olduğu halda, partiyanın əmlakını niyə onlara həvalə etməliyəm? Orada hansısa sənədlər, material yoxa çıxsa kim məsuliyyət daşıyacaq? Ona görə də qərargahı bağlı saxlayıram”.
Qeyd edək ki, Ədalət Partiyası 1993-cü ildə yaradılıb. 1996-cı il martın 30-da keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar iclas keçirərək birləşiblər. 1996-cı ildən isə İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri olub. 2001-ci ildə Ədalət Partiyası ADP-dən ayrılmaqla bərpa qurultayı ilə partiyanı yenidən təsis edib. 2001-2025-ci illlərdə Ədalət Partiyasına İ.İsmayılov sədrlik edib.
İ.İsmayılov 2025-ci il fevralın 17-də vəfat edib.
Hazırda siyasi təşkilatın rəhbəri vəzifəsi boşdur. Partiya qurultay keçirib yeni sədr seçməlidir. Amma bu məsələ Ədalətdə ciddi fikir ayrılığı və qarşıdurma yaradıb.
Partiyanın sədr müavini Mütəllim Rəhimli qurultayın keçirilməsini istəyir, Ali Məclisin sədri Meydan Babayev buna qarşı çıxır. Tərəflər bir-birlərinin qərarlarını tanımır.
İndiyədək dörd nəfər - Mütəllim Rəhimli, Meydan Babayev, Vüsalə Dadaşova və Elçin Qurbanov sədrlik iddiasını açıqlayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
|