Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                 

"Hər iki tərəf üçün Gürcüstan daha real namizəddir" - HƏQİQƏTƏN DƏ...
Tarix: 23-04-2025, 09:50 | Çap et
"Hər iki tərəf üçün Gürcüstan daha real namizəddir"
Rusiya sülh prosesinin irəliyə aparılması ilə bağlı Bakı və İrəvana növbəti dəfə vasitəçilik təklifi irəli sürüb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəsonu keçirdiyi brifinqdə deyib ki, Moskva regionda kommunikasiyaların açılmasında, sərhədlərin delimitasiyası və ölkələr arasında humanitar məsələlərin həllində Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.

“Üçtərəfli formatda tamhüquqlu qarşılıqlı fəaliyyətin mümkün qədər tez bərpası şübhəsiz ki, Cənubi Qafqazda davamlı sülh və rifahın bərqərar olmasına töhfə verəcək. Eyni zamanda əlbəttə ki, biz azərbaycanlı və erməni tərəfdaşlarımıza iki ölkə arasında barışığın bütün əsas sahələrində kömək etməyə hazırıq”, - Zaxarova qeyd edib.

“Biz sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində təcrübəmizi bölüşməyə hazırıq. Bu sahədəki mütəxəssislərimiz mənə elə gəlir ki, postsovet məkanında ən yaxşı mütəxəssislər kimi tanınırlar. Bizim unikal kartoqrafik materialımız da var. Biz Ermənistan-Azərbaycan münaqişəsi illərində toplanmış humanitar məsələlərin həllinə kömək edə bilərik”, - Rusiya XİN-in sözçüsü vurğulayıb.

Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya da ötən həftə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən görüşdə Tiflisin vasitəçilik təklifini yeniləyib.

Yada salaq ki, 2021-ci ilin sonunda Gürcüstanın o vaxtkı baş naziri İrakli Qaribaşvili “Sülh qonşuluq təşəbbüsü” ilə çıxış edərək Azərbaycan və Ermənistana tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platforma yaratmağı təklif edib. 2022-ci ilin iyulunda Tiflisdə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü baş tutdu. 2023-cü ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın baş naziri Əli Əsədov Gürcüstanda ilk dəfə üz-üzə görüşüb. Həm Tiflis, həm də Moskvanın vasitəçilik təkliflərini yeniləməsinin səbəbi nədir?

“Bundan öncə dəfələrlə qeyd etmişik ki, istənilən sülh təşəbbüsü yerləşdiyimiz Cənubi Qafqaz regionu üçün xüsusi önəm kəsb edir. Həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliyə aparılması ilə bağlı vasitəçilik istəklərinə müsbət yanaşmaq olar. Lakin bu zaman həmin istəkdə olan tərəf məsələyə səmimi yanaşma sərgiləməlidir”. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, səmimi yanaşma deyiləndə Ermənistanı yeni sülh oyunundan çəkindirmək üçün bu ölkəyə təzyiqi nəzərdə tutur: “Məlum olduğu kimi, Ermənistan sülh imitasiyası edir. Əslində isə sülh sazişinin imzalanmaması üçün min oyuna baş vurur. Deməli, son vaxtlar vasitəçilik təkilflərini yenidən gündəmə gətirən Gürcüstan və Rusiya öncə buradan başlamalı, Ermənistana təzyiq etməlidirlər”.

V.İskəndərov deyib ki, Gürcüstan və Rusiyanın vasitəçilik təklifini yeniləməsinin səbəbi də bəllidir: “Qlobal məkanda baş verənlər bizim regiona da təsirsiz ötüşmür. Belə bir vəziyyətdə isə hər iki ölkə Cənubi Qafqaza daimi sabitlik və inkişaf vəd edən bu sazişin imzalanmasında ön sırada olmaq, bununla gələcək proseslərdə də təşəbbüsü ələ almaq istəyir. Gözəl istəkdir. Amma bu istəyin reallaşması səmimi və dəqiq addımlarla müşayiət olunmalıdır. Yəni sülh sazişinin imzalanmasının vacib şərti olan Azərbaycanın haqlı tələblərinin Ermənistan tərəfindən qəbulu tezliklə reallaşarsa, sülh sazişi də imzalana bilər. Bəs vasitəçilik istəklərini yeniləyənlər Ermənistanı cığallıqlardan əl çəkməyə məcbur edə biləcəklərmi? Bunu zaman göstərəcək”.

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, Azərbaycan ilk növbədə Ermənistanla ikitərəfli qaydada danışıqlar prosesini davam etdirməyə olan cəhdlərini dayandırmamalıdır: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində rəsmi Moskvanın vasitəçiliyini təklif etməsi, üçtərəfli formatı yenidən bərpa etməsi üçün təkliflər irəli sürməsi və bu perspektivin xeyirli ola biləcəyi haqqında əsaslı səbəblər göstərməsi ilk baxışda normal qəbul oluna bilər. Amma təcrübədən asılı olaraq şübhələr də ortada var ki, bu təklif doğrudanmı iki ölkə arasında sülhün bərqərar olmasında təmənnasız olaraq irəli sürülüb. Bu narahatlıq verilən təklifə qiymət verməkdə çətinliklər yaradır. Çünki Rusiya Cənubi Qafqazda öz təsir dairəsini gücləndirməklə bağlı fikirlərindən heç vaxt imtina etməyib və bu yolda hər zaman müxtəlif variantlardan istifadə etməyə çalışıb ki, bu da hər üç Cənubi Qafqaz ölkəsindən daha çox Rusiyanın maraqlarına xidmət edib. Əgər sırf qonşuluq və sərhədləri boyunca sabitlik istəyən bir siyasətin arxasınca gedilərsə, bu bir ayrı məsələdir. O səbəbdən hesab edirəm ki, Azərbaycan ilk növbədə Ermənistanla ikitərəfli qaydada danışıqlar prosesini davam etdirməyə olan cəhdlərini dayandırmamalıdır. Əgər bu gedişatın ilkin zamanlarında texniki məsələlərin həllində hər hansı bir vasitəçi lazım olarsa düşünürəm ki, hər iki tərəf üçün Gürcüstan daha real namizəddir. Rusiya da bu danışıqlara öz töhfəsini vermək istəyərsə, o zaman özünün də dediyi kimi, delimitasiya və demarkasiya işlərində ehtiyac yaranacağı təqdirdə əlində olan xəritələri və digər lazım ola biləcək sənədləri tərəflərə təqdim edə bilər. Hesab edirəm ki, belə yanaşma Rusiyanın bölgədə sülhün yaranmasında maraqlı olduğunu bir daha təsbit edə bilər. İki ölkə arasında vasitəçi kimi olması isə bu prosesin tərəflərin maraqları çərçivəsində həll olunmasına mane ola bilər. Bu tək Rusiyaya aid deyil. Eyni zamanda bu vasitəçiliyə can atan bəzi Qərb ölkələri də var ki, Rusiya ilə bağlı dediklərim onlara da aiddir. Hansı ki, Ermənistan çox istərdi ki, onlar da bu vasitəçilikdə iştirak etsinlər”.

/musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru