![Artıq çəkilər Ağadadaş Ağayevə problem yaradıb Artıq çəkilər Ağadadaş Ağayevə problem yaradıb](/uploads/posts/2014-06/1403347014_0001.jpg)
Xalq artisti Ağadadaş Ağayev səhnədən uzaqlaşmağına aydınlıq gətirib.
Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişində buna səbəb kimi kökəlməsini göstərib:
"Bir qədər səhnədən qaçırdım. Çünki, kökəlmişdim. İndi on kiloqram arıqlamışam. Hələ bir on kiloqram da arıqlayacam. İstəyirəm ki, gözəl işlər təqdim edim. Qəti qərarımdır, ilin sonuna qədər gözlənilməz şeylər edəcəm".