İşçinin alın təri ilə qazandığı halal haqqına göz dikən var... - Nazirliyə müraciət olundu
Tarix: 6-05-2015, 13:04 | Çap et
![İşçinin alın təri ilə qazandığı halal haqqına göz dikən var... İşçinin alın təri ilə qazandığı halal haqqına göz dikən var...](/uploads/posts/2015-05/thumbs/1430899495_0001.jpg) Bu gün ölkəmizdə aparılan inşaat və bərpa-abadlıq işlərinin bəzi əliəyri məmurlar və iş icraçıları üçün əlavə gəlir mənbəyi rolunu oynaması barədə söz-söhbətlər artıq heç kimi təəccübləndirmir. Vəsaitlərin silinməsi və nağdlaşdırlıması yönümündə həyata keçirilən müxtəlif maxinasiyaların sxem və mexanizmləri də çoxlarına məlumdur. Lakin bütün bunlarla yanaşı təəssüf doğuran daha bir hal da vardır ki, bu da təmir-tikinti işlərində çalışan fəhlələrin halal qazandıqları pulların kəsilməsi ilə bağlıdır. Belə məlum olur ki, dövlət vəsaitlərinin mənimsənilməsilə qane olmayan məmur və digər işbazlar, öz gəlirlərini həm də bu kasıb təbəqənin qəpik-quruşları hesabına artırmağa çalışırlar. Qəzetimizin ötən saylarında biz aldığımız məlumatlar əsasında bu mövzuda bir neçə tənqidi material dərc etmişdik.
Bu günlərdə isə redaksiyamıza daxil olmuş növbəti şikayət məktubunda yenidən oxşar bir problemdən bəhs olunur. Saatlı şəhəri, H.Əliyev prospekti ev 9 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan vətəndaş Əliyev Zamiq Akif oğlu öz məktubunda “Nazimoğlu” MMC-nin rəhbərliyi tərəfindən aldadıldığını iddia edir. Məktubda bildirilir ki, 2014-cü il yanvar ayının 24-də o, “Nazimoğlu” MMC-nin rəhbərlərindən olan Nazim və Elbrus adlı şəxslərlə şifahi razılığa gələrək, Müdafiə Nazirliyinin Hərbi Akademiyasının 36 saylı binasında (“Salyan kazarmaları”) təmir işlərinin icrasını öhdəsinə götürmüşdür. Bir neçə nəfərdən ibarət briqada ilə işlərə başlayan Zamiq Əliyev artıq bu ilin mart ayında işləri təhvil vermişdir. Məlumatda qeyd olunur ki, briqadanın gördüyü işlər əsasən rəngsaz işləri olmuşdur. Lakin işlərin tam təhvil verilməsindən sonra sifarişçilər tərəfindən ödəniş tam həyata keçirilməmişdir. Zamiq Əliyev bildirir ki, “Nazimoğlu” MMC-nin onlara qalan borcunun məbləği hazırda 3100 (üç min yüz) manat təşkil edir. Daha sonra şikayətçi bildirir ki, Nazim və Elbrus ilk müddət pulun məhz Müdafiə Nazirliyi tərəfindən gecikdirildiyini bəhanə gətirirdilər. Lakin sonrakı müraciətlər zamanı, MMC rəhbərləri Zamiqin briqadasının üzvlərinin əmək müqaviləsi imzalanmadan işlədiklərini bəhanə gətirərək, ümumiyyətlə onlara pul verməyəcəklərini bildiriblər...Məlum olduğu kimi ölkəmizdə hökm sürən sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Bu arada qeyd etmək lazımdır ki, 2013-cü ildə cənab Zakir Həsənovun ölkənin Müdafiə Naziri təyin olunmasından sonra Azərbaycanda bu sahədə həyata keçirilən mütərəqqi islahatlar bütün ictimaiyyətin rəğbətinə səbəb olmuşdur. Bununla belə, nəzərdən keçirdiyimiz haldan belə qənaətə gəlmək olar ki, nazirliyin strukturlarında hələ də tutduğu mövqeyin tələblərinə cavab verməyən kadrlara rast gəlinir. Əgər belə omasaydı, Müdafiə Nazirliyinin sifarişləri “Nazimoğlu” MMC-nin rəhbərləri kimi məsuliyyətsiz və əliəyri şəxslərə həvalə olunmazdı. Onların bu keyfiyyətləri isə həm fəhlələrin pulunu kəsməklərində, həm də sifariş aldıqları işi yerinə yetirmək üçün müvafiq bazaya malik olmamaqlarında özünü büruzə verir. Ümid edirik ki, Müdafiə Nazirliyinin rəhbərliyi bu məsələyə aydınlıq gətirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün müvafiq tədbirlər görəcəkdir.
Qarşı tərəfi də dinləməyə hazırıq. \\ bizimdovr.az \\
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Bu gün, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
|