Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                 

“Neftqaztikinti” trestində göyə sovrulan milyonlar - İTTİHAM
Tarix: 21-05-2015, 14:40 | Çap et
“Neftqaztikinti” trestində göyə sovrulan milyonlar
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) aparıcı struktur vahidlərindən biri hesab olunan “Neftqaztikinti” (NQT) tresti Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının abadlaşdırılması və neft-qaz hasilatının inkişaf etdirilməsinə xidmət göstərən vacib obyektlərin tikintisi məqsədilə 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidentinin müvafiq əmrilə “Azərdənizneftinşaat” və “Xəzərdənizneftqaztikinti” trestlərinin bazasında yaradılmışdır. NQT tresti neft-qaz yataqlarının abadlaşdırılması, texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması, sualtı, yeraltı və yerüstü magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması, dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının, neft rezervuarlarının və sosial obyektlərin tikintisi üzrə podratçı fəaliyyəti ilə məşğul olur. Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən “Günəşli” və “Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda və onların ətrafında, Səngəçal-Duvannı rayonunda və digər yerlərdə müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq bütün növ xidmətlər göstərir. Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi daxildir. Lakin son vaxtlar NQT tresti daha çox fəaliyyətində müxtəlif neqativ halların yer alması ilə diqqəti cəlb etməkdədir. Hətta müəssisədə elə bir vəziyyət yaranıb ki, artıq trestin fəhlələrinin ARDNŞ-nin prezidentinə ünvanladıqları şikayət məktubları müxtəlif mətbu orqanlarının səhifələrində dərc olunur: “Hörmətli Rövnəq müəllim, məlumunuz olsun ki, trestin müdri Mirkazım Abbasovun, trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılovun, həmçinin trestin direktor müavini Hənif Qurbanovun başı özlərinin MMC-lərinə qarışıb, dərdimizi eşitmirlər...” Bu kimi ittihamlar NQT trestində vəziyyətin həqiqətən son dərəcə gərgin olduğuna aşkar dəlalət edir. ARDNŞ prezidentinə ünvanlanan şikayət məktublarında fəhlələr trestin rəhbərliyinə qarşı konkret ittihamlar irəli sürürlər: “Bu rəhbər işçilərə Siz etimad göstərmisiniz, amma onların buradakı fəaliyyətini görsəniz həbslərinə göstəriş verərsiniz. Mirkazım Abbasovdan soruşun, niyə bizimlə birlikdə yeməkxanada yemək yemir, özünə ayrıca yemək hazırlatdırır? Niyə biz neftçilər yatan kazarmada o da yatıb dincəlmir? Necə olur, bizim çıxardığımız neftin puluna şərik ola bilir, pullar qazana bilir, amma bizim adicə problemimizə şərik ola bilmir? Bir söz deyəndə də deyirlər ki, qəzetə yazın, Prezident İlham Əliyevə teleqram vurun. Bəs onda bu müdirlər dəstəsi Neft Daşlarında kimə lazımdır?” Öz problemlərinin həlli məqsədilə trestin rəhbərliyinə müraciət edən fəhlələr biganəlik və etinasızlıqla qarşılaşdıqlarını iddia edirlər: “Mirkazım Abbasov işçilərə açıq şəkildə deyibdir ki, bütün bu işlərin heç biri məndən asılı deyil, şirkətin vitse-prezidenti Mikayıl İsmayılovdan, bir də şirkətin prezidenti Rövnəq Abdullayevdən asılıdır, onların səlahiyyətlərindədir. İşçilər soruşub ki, axı siz özünüzdən asılı olanı edin, həmkarların sədri Elşad Cəbrayılova tapşırın, qərar qəbul etsin, tədbir görsün. Axı o, hansı günün həmkarıdır? Mirkazım Abbasov isə deyib ki, mənim bunlara əlim çatmır, vaxtım da yoxdur, gedin mətbuata müraciət edin. Biz də sonra məcbur olub, əlimiz hər yerdən üzüləndən sonra qəzetə müraciət etdik. Sonradan başa düşdük ki, Mirkazım Abbasov «haqlı imiş», həqiqətən də onun da, həmkarın sədrinin də, müavini Hənif Qurbanovun da biz neftçilərin problemlərinə diqqət ayırmağa vaxtı yoxdur. Çünki Mirkazım Abbasovun başı Qusardakı mülkünə, Bakıdakı restoranına və mağazasına, şirkətin «Qazixracı» İdarəsində tikintidən yaxşıca pul qazanan firmasına qarışıb, nəyinə lazımdır ölkənin neft çıxaranları acdır, ya toxdur. Eləcə trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılov. Bu adamın bizi görməyə gözü yoxdur. Bir söz deyəndə, deyir ki, Prezident İlham Əliyevə teleqram vurun, mənim şirkətə gücüm çatmır. Bu təxribat deyilmi? Çünki onun da gözü şirkətin «Qazixracı» İdarəsində tikintidən yaxşıca pul qazanan firmasına dikilib, yaxşıca pulunu qazanır, Qusarda da müdiri Mirkazım Abbasovla birlikdə villasında lazım olanda istirahət edirlər…”Təqdim olunan digər bir məlumata görə isə NQT trestinin fəaliyyətində mənimsəmə hallarının artmasına səbəb olan şəxslərdən biri də Yol Tikinti Təmir İdarəsinin (YTTİ) rəisi Əlimirzə Adıgözəlovdur. Qeyd edək ki, Əlimirzə Adıgözəlovun rəhbərlik etdiyi idarə Zığda, Neft Daşlarında, Çilov adasında və Səngəçalda yerləşən asfalt-beton qurğuları vasitəsilə hər növ asfalt-beton istehsalı, həmçinin Neft Daşlarında, Çilov adasında, Bakıda və Abşeron yarımadasında magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi işləri ilə məşğul olur. Əlimirzə Adıgözəlovun həyata keçirdiyi qeyri-qanuni işlərdən məlumatlı olan mənbənin təqdim etdiyi açıqlamalar görə, Yol Tikinti Təmir İdarəsinin balansında olan texnikalardan necə gəldi istifadə olunur: “İdarə rəisi dövlətin büdcəsini elə bir formada dağıdır ki, bunu təsəvvür etmək mümkün deyil. NQT Trestinin ən böyük idarələrindən birinə başçılıq edən rəis vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcəyə ziyan vurur. İdarənin sərəncamında olan texnikalar üçün nəzərdə tutulan yanacaqlar birbaşa onun əli ilə silinir. Bəzi texnikalar var ki, onlar qeyri-işlək vəziyyətdədir, yəni istismar müddətini başa vurublar. İdarə rəhbəri isə həmin texnikaları sənəddə saz vəziyyətdə göstərərək yanacaq və ehtiyat hissələri alır. Həmin yanacaq və ehtiyat hissələri isə idarənin müxtəlif işçilərinin vasitəçiliyi ilə satılır. Təbii ki, əldə olunan gəlir rəisin özünə çatır. Müəssisənin balansında olan yollarda təmir-tikinti işləri aparılarkən ciddi yeyinti hallarına rast gəlinir. Əgər hansısa əraziyə beş maşın asfalt lazımdırsa, bunu iyirmi maşın yazıb bu yolla artıq gəlir əldə edirlər. Əlimirzə Adıgözəlov heç kimdən və heç nədən qorxub çəkinməyərəkmilyonlar qazanır. Texnikaların çoxu dizel yanacağı ilə işləyir. Rəis yanacağı satıb pulunu mənimsəyir. Bəzi texnikalar isə təyinatdan kənar istifadə olunur. İdarə rəhbəri həmin texnikaları müxtəlif şəxslərə icarəyə verərək əlavə gəlir qazanır...”Sonda bunu da qeyd edək ki, Neftqaztikinti Trestində olan mənbələrin iddiasına görə Mirkazım Abbasov ARDNŞ rəhbərliyində təmsil olunan bəzi şəxslərin himayəsinə güvənərək bütün bu qanunsuzluqlara rəvac verir.
\\ bizimdovr \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04
"Sənətkar satılmamalıdır"
Bu gün, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru