Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                     "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" .....                     Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə .....                     Paşinyan sülh sazişindən əvvəl seçki istəyir .....                     Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                 

Sumqayıt Texnologiyalar Parkında "ailə podratı" - Etibar Pirverdiyevə yaxın şəxslər rəhbər vəzifələri tutmaqla ...
Tarix: 11-06-2015, 13:25 | Çap et
Sumqayıt Texnologiyalar Parkında "ailə podratı"
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri, Sumqayıt Texnologiyalar Parkının və "Azenco" şirkətinin qeyri-rəsmi sahibi kimi göstərilən Etibar Pirverdiyevin adı ölkə mediasının gündəmindən düşmək bilmir. Son vaxtlar onun vəzifədən çıxarılacağı və barəsində cinayət işinin açılacağı haqda xəbərlər intensivləşib. Vurğulayaq ki, səlahiyyətlərinin böyük hissəsini itirəndən sonra ASC rəhbəri daha çox mətbuatın diqqət mərkəzinə düşməyə başlayıb.

Xatırlayırsınızsa, bir müddət əvvəl Sumqayıt Texnologiyalar Parkında (STP) çalışan işçilərdən biri redaksiyamıza müəssisədə baş verən neqativ hallarla bağlı maraqlı məlumatlar açıqlamışdı. Həmin şəxs bildirmişdi ki, əksər hallarda əmrlə ümumi zavodu işə cəlb edirlər, amma əlavə iş saatına görə heç bir ödəniş olunmur: "Hər insanın xeyir, şər işi düşə bilər. Belə məsələlər üçün icazə alanda aylıq maaşımızdan tuturlar. Əlavə təqdimat yazıb işə çağıranda yalnız oklad (maaş) hissəsindən pul ödəyirlər. Oklad isə 500-600 manat civarındadır. Maaş sistemi düzgün qurulmayıb. Bir işçinin əməkhaqqı okladı 200-300 manat olduğu halda, ona 700-800, hətta 1000 manat "paket" verirlər. Digər işçilərə isə 200 manat "paket" təqdim edirlər. Bir şöbədə eyni işi görən adamlar fərqli-fərqli əməkhaqqı alır. Bunu necə başa düşmək olar? Bu, açıq-aşkar ayrı-seçkilikdir. Axı hər ikisi eyni işi görür, nəyə görə onların arasında fərq qoyulmalıdır? Müəssisə rəhbərliyi işçilərin əməyinə düzgün qiymət vermir, ədalət prinsipləri pozulur. İcraçı direktor Sahib Musayev STP-nin fəaliyyətini bərbad hala salıb. Sumqayıt Texnologiyalar Parkında yaxşı vəzifələrdə işləyən şəxslərin əksəriyyəti Etibar müəllimin, eləcə də icraçı direktorun yaxın adamlarıdır. Onlar maaşlarını artıqlaması ilə alır. Adamı, arxası olmayan fəhlələr isə maaşı gecikmə ilə, yaxud əskik alır. Mövcud qanunlara əməl olunmur. Kim texnopark rəhbərliyinə birbaşa və dolayısı yolla yaxındırsa, onun maaşını qaldırırlar. Burda rəhbər işlərdə çalışan şəxslərin bir çoxunun savadı və iş təcrübəsi yoxdur. Sadəcə, adamı olduğu üçün rəis təyin olunub. Belə ədalətsizliyə son qoymaq lazımdır". Bu günlərdə texnoparkın daha bir işçisi mətbuata üz tutub. O bildirib ki, xoşagəlməz idarəetmə və kadr siyasəti, qeyri-normal əməkhaqqı, eyni zamanda qanunların saya salınmaması fəhlələrin səbr kasasını daşırmaq üzrədir: "Əməkhaqqı "paket" sistemi ilə verilir. Kimə nə qədər istəyirlər "paket" verirlər. Bəzən təzə işə qəbul olan, heç bir is təcrübəsi olmayan isçilər uzunmüddətli əmək stajı və təcrübəsi olan isçilərdən iki dəfə cox əməkhaqqı alır. Bəzi vəzifəli şəxslərə (söbə müdirləri, direktorlara) isə "paket" yox, "diplomat" verilir".

İşçiyə verilən "paket"dən dövlətə vergi, pensiya fonduna köçürmələr adı ilə pul tutulur. Təbii ki, bu vəsaitlərin də izi itirilir. Məzuniyyət, bülleten, əlavə iş saatları oklad maaşına görə ödənilir, "paket"ə daxil edilmir. Amma işə gəlməyəndə ümumi maaşımızdan pul tuturlar, "paket"i də azaldırlar, özlərinə götürürlər. İşlədiyimiz ayın maaşını 3-cü ayda alırıq. Yəni 2 ayın pulu həmişə onlarda qalır, pullarımızı banklarda fırladırlar". Mətbuatda yayılan məlumatlara görə, ASC sədrinə yaxın olan şəxslər STP-də əsas söz sahiblərinə çevriliblər və qanunsuz işlərə imza atmaqdan çəkinmirlər: "Texnoparkın yerləşdiyi ərazidə özbaşınalıq pik həddə çatıb. Adi bir misal gətirmək istəyirəm. Parkı əhatə edən sahə bütünlüklə betonlanıb, amma ayrılan vəsaitlərin bir hissəsi küləyə sovrulduğu üçün iş keyfiyyətsiz görülüb. Bu səbəbdən hazırda beton örtük çat verib. İndi isə çat vermiş hissələri təmir etmək adı altında əlavə sərfiyyata yol verirlər. Etibar Pirverdiyevə yaxın olan şəxslərə xidməti maşın təsis edilib. Bu məqsədlə ayda külli miqdarda dövlət vasaiti yanacağa silinir. Bəzi maşınlar STP-nin balansında olsa da, burdan yanacaqla təmin edilsə də, məmurun villalarında və obyektlərində islədilir. Bunların hamısı faktdır, sadəcə araşdıran yoxdur". Redaksiyamıza daxil olan digər məlumatda isə qeyd olunur ki, cəmiyyət sədrinin ailə üzvlərindən bir neçəsi texnoparkda mühüm vəzifə tutsalar da, işə getmirlər: "Məsələn, onun qızı Dünya xanım STP-də söbə müdiridir. Ona ayda filan qədər maaş yazılır, ancaq buna baxmayaraq, işə gəlmir. Biznesin inkisafı idarəsinin rəisi Cəmil Qasımov Etibar Pirverdiyevin qızının tələbə yoldaşı olub. İxtisasca hüquqşünasdır. Ona vəzifə verməkdən ötrü xüsusi idarə yaradıblar. O hazırda Biznesin İnkişafi İdarəsinə rəhbərlik edir. Bundan başqa, Ağır Maşınqayırma Zavodunun gənc direktoru Rzabəy Məmmədov da ASC sədrinin yaxın adamı hesab olunur. Bu şəxslər Sumqayıt Texnologiyalar Parkında özlərini çox yüksəkdən aparır, sıravi işçilərə yuxarıdan aşağı baxırlar. Belə insanların məsuliyyətli vəzifələrə qoyulması texnoparkın fəaliyyətində problemlərin əmələ gəlməsinə səbəb olub. Texnoparkın icraçı direktoru Sahib müəllim ASC sədrinin özbaşına işlərə imza atan adamlarına heç bir irad tuta bilmir. Belə olan təqdirdə çanaq yenə də işçilərin başında çatlayır. Bu insanların qanundan kənar əməllərindən əziyyət çəkən işçilərdir". Məlumatlı mənbələrin bildirdiyinə əsasən STP-yə xaricdən alınan avadanlıqların qiyməti şişirdilərək baha sənədləşdirilir. Bunun nəticəsində büdcə vəsaitlərinin mühüm hissəsi bir qrup şəxsin cibinə səmtləndirilir: "Texnoparkın lazımlı maliyyə sənədlərinin çoxu məhv edilib. Törəmə şirkətlər vasitəsilə büdcə vəsaitləri yoxa çıxarılır. Aidiyyəti dövlət qurumları burda araşdırma aparsalar, o qədər qanunsuzluq üzə çıxar ki. Sadəcə, Etibar Pirverdiyev buna imkan vermir. Hesablama Palatası və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmiləri STP-də dəfələrlə yoxlama aparıb qanun pozuntularını aşkara çıxarıblar. Lakin STP rəhbərliyi sonradan onları ələ almağı bacarıb. Beləliklə, adı çəkilən qurumların nümayəndələri üzə çıxardıqları nöqsanları ört-basdır ediblər". Növbəti saylarımızda ASC sədrinin texnoparkda çalışan digər qohumları, 2 milyonluq villanın aqibəti və texnoparkın icraçı direktoru Sahib Musayevin sərvəti haqda maraqlı faktları diqqətinizə çatdıracağıq.
\\ gundelik-baku.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru