Azərbaycanın ən fürsətcil icra başçısı... - Vəzifəyə qoyulana qədər YAP-a üzv olmamışdı
Tarix: 24-06-2015, 14:20 | Çap et
Cəbrayıl Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahmud Quliyevin adı dəfələrlə qalmaqallı məsələlərlə bağlı medianın gündəminə gəlib. 2000-ci ildən bu postda çalışan məmur əsasən cəbrayıllı köçkünləri narahat edən problemlərin həllinə maraq göstərməməkdə və şəxsi işlərinə daha çox vaxt ayırmaqda ittiham edilir. Bu günlərdə icra başçısının qohumlarının Saatlıda əhalinin istifadəsində olan otlaq sahələrini zəbt etmələri barədə məlumat yayılıb. Yerli sakinlərin sözlərinə görə, uzun illərdir ki, həmin otlaq sahələrində mal-qaralarını otarıblar: "Amma indi bu mümkün deyil. Çünki Mahmud Quliyevin qardaşı uşaqları həmin əraziləri zəbt edib. Təkcə Dövlət Torpaq Fondunun 1000 hektar ərazisini ələ keçiriblər. Bundan başqa Azadkənd kəndində əraziləri zəbt ediblər. Heç kim onlara bir söz deyə bilmir. Çünki arxalarında icra başçısı dayanır. Sakinlərə hədə-qorxu gəlirlər. Ölkə başçısı Bakıda yanan bina ilə bağlı keçirilən iclasda məmurların özbaşınalığına toxundu. Bizim diqqətə çatdırdığımız fakt da məmur özbaşınalığıdır. Ölkə başçısından xahiş edirik ki, bu məsələyə diqqət ayırsın. Təsəvvür edin, biz mal-qaramızı otarmağa yer tapa bilmirik. Bu otlaqlar uzun illərdir ki, bizim mal-qaranın örüş yeri olub. İndi hansısa məmurun qohumu gəlib torpaqları camaatın əlindən alır. Özü də heç bir qanun tanımadan". Qarşı tərəf vətəndaşların bu etirazına heç bir cavab verməyib. Xatırladaq ki, 2010-cu ildə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa müstəqil namizəd olmuş və Biləsuvarda məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə yaşayan Sərvər Mehdiyev bir neçə il əvvəl icra başçısının ünvanına kəskin ittihamlar səsləndirib: "Biləsuvarda məcburi köçkünlər üçün fərdi yaşayış evlərindən ibarət 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə 10 min ailə yerləşdirilib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hər ay üçün hər ailəyə 40 litr pulsuz yanacaq ayırsa da, Cəbrayıl Rayon İcra Hakimiyyəti həmin yanacağın 10 litrini kəsərək hər ailəyə 30 litrini verir. Başçının tapşırığı ilə həyata keçirilən bu özbaşınalıq nəticəsində həm ailələr dövlətin ayırdığı yanacağı tam şəkildə almaqdan məhrum olurlar, həm də hər ay dövlətin 100 ton yanacağı silinmiş olur. Faktiki olaraq icra başçısı hər ay dövlətin Biləsuvardakı qaçqınlara ayırdığı yanacağın 100 tonunu yoxa çıxarır. Bu barədə qəsəbə sakinləri "Qaçqınkom"a, Respublika Prokurorluğuna, 120 saylı dairənin deputatı Astan Şahverdiyevə şikayət edib. İcra hakiminin özünə müraciət edilib, lakin heç bir nəticəsi olmayıb. Başçı şikayət edən sakinlərə deyib ki, o, heç kimdən qorxmur. Deyir arxamda elə bir qüvvə dayanır ki, mənə heç kim bata bilməz". Mətbuatda dərc olunan digər materiallarda Cəbrayıl Rayon İcra Hakimiyyətinə ayrılan büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi məsələsinə toxunulub. Bildirilib ki, Biləsuvardakı şəhərcikdə yay aylarında cəmi bir uşaq bağçasının fəaliyyət göstərməsinə baxmayaraq, sənədlərdə ondan artıq uşaq bağçası göstərilir: "Ötən il dövlət tərəfindən Cəbrayıl İcra Hakimiyyətinin balansındakı uşaq bağçalarının təminatı üçün 120 min manat vəsait ayrılıb. Bu vəsaitin böyük hissəsi icra hakimiyyəti tərəfindən yoxa çıxarılıb. Lakin fakt təkcə bağçaların təminatı ilə yekunlaşmayıb. Belə ki, rayon rəhbərliyi uşaq bağçalarındakı "ölü can"ların maaşlarını da özünə götürür və yüzdən artıq plastik kart icra hakimiyyətinin işçilərindən birində saxlanılır. Digər tərəfdən, rayonun büdcədən maliyyələşən idarə və müəssisələrinə ayrılan vəsaitlərin də müəyyən hissəsi icra hakimiyyətinin rəhbərliyinə çatdırılır". Dəqiq mənbələrdən əldə etdiyimiz məlumatlara görə, 15 ildir icra başçısı işləyən M.Quliyev bu müddət ərzində çoxsaylı qanunsuzluqlar törədərək özünə geniş biznes şəbəkəsi qurmağı bacarıb. Adıçəkilən məmurun Biləsuvar rayonu ilə yanaşı, paytaxtın Binəqədi rayonunun ərazisində ticarət obyektlərinin, şadlıq evlərinin və bahalı mülklərinin olduğu yayılan məlumatlar arasındadır. İcra başçısının ən məşhur biznes obyekti isə sözsüz ki, Binəqədi rayonunda yerləşən "Elmed" tibb mərkəzidir. Burda cərəyan edən xoşagəlməz hadisələr, vergidən yayınma halları və vətəndaşlara ödədikləri pulun müqabilində keyfiyyətli tibbi xidmət göstərilməməsi haqda çox danışılıb. Lakin hansısa səbəblərə görə aidiyyəti dövlət qurumları, ələlxüsus da Səhiyyə Nazirliyinin nümayəndələri tibb mərkəzinin fəaliyyətini yoxlamırlar. Bundan istifadə edən mərkəzin direktoru, Mahmud Quliyevin qardaşı oğlu Ramil Quliyev isə qanunvericiliyin tələbini pozmaqla özbaşınalıq edir: "Tibb mərkəzinin 4-cü mərtəbəsində hansı işlərin cərəyan etdiyini bilsəniz, dəhşətə gələrsiniz. Həmin mərtəbəyə Ramil Quliyevlə Mahmud və Vəlidən başqa heç kim qalxa bilmir. Mərkəz direktoru qapının qarşısında nəzarətçi qoyub, həmin şəxs heç kimin 4-cü mərtəbəyə qalxmasına imkan vermir. "Elmed" tibb mərkəzinin direktoru vaxtının çoxunu başqa işlərə ayırır. Buna görə də səhiyyə müəssisəsindəki vəziyyətə istənilən səviyyədə nəzarət edə bilmir". Sonda vurğulamaq istəyirik ki, nazirlərin, icra başçılarının, millət vəkillərinin, bir sözlə dövlət məmurlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qanunla qadağandır. Ay Mahmud müəllim, məgər sizin bundan xəbəriniz yoxdur? Cəbrayıllı köçkünlər müxtəlif problemlərin əlində əsir-yesir qalıblar, amma siz varidatınızı artırmaq barədə düşünürsünüz. Nə deyirik, düşünün, lakin baxaq görək axırı yaxşı olacaq ya yox. \\ gundelik-baku.com \\
Qarşı tərəfi də dinləyə bilərik.
P.S. Maraqlıdır, görəsən Mahmud Quliyev niyə 2000-ci ilin yanvar ayına, yəni vəzifəyə qoyulana qədər YAP-a üzv olmamışdı?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Bu gün, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Bu gün, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
|