"KİND SƏS" eşitmə mərkəzində fırıldaq - Həkim Mehman Əliyevin adı ilə qoyulan diaqnozlara başqaları imza atır (Sənəd)
Tarix: 14-09-2015, 12:52 | Çap et
Ölkədə fəaliyyət göstərən bəzi özəl tibb müəsissələrində hökm sürən özbaşınalıq, fırıldaq metodlarla vətəndaşların aldadılması barədə KİV-lərdə vaxtaşırı məlumatlara rast gəlirik.
Azinforum.az növbəti və ciddi sayılacaq bənzər bir fırıldağın üstünü açıb. Məlum olub ki, Həsənoğlu küçəsi 21 (5 saylı xəstəxana ilə üzbə-üz) fəaliyyət göstərən “Kind Səs” Eşitmə Mərkəzində vətəndaşlar açıq-aşkar fırıldağa məruz qalır. Redaksiyamızın əldə etdiyi məlumatlar və sözügedən tibb mərkəzi tərəfindən təqdim edilən sənədlərdə bu açıq-aydın nəzərə çarpır.
Fırıldaq mexanizmində rast gəldiyimiz detallar cinayət məsuliyyəti yaradan əməllər olduğu səbəbindən, əlaqadər qurumların da bu məsələyə müdaxiləsinə böyük zərurət duyulur. Qeyd edək ki, “Kind Səs” Eşitmə Mərkəzinin hazır blankları əksər burun-boğaz-qulaq (LOR) həkimlərinə paylanılıb. Həkimlərlə sözügedən Mərkəz arasında Azərbaycan reallıqlarına uyğun əsaslarla əldə edilən razılaşma əsasında onlara müraciət edən xəstələri müayinə üçün həmin Mərkəzə göndərirlər.
Bizə təqdim edilən sənədlərdən də görünür ki, 20 yanvarda yerləşən və el arasında “Respublikanski” kimi tanınan xəstəxanasının Lor şöbəsinin həkimi Yusifova Fidan onlara müraciət edən xəstəni “təyinatı” üzrə “Kind Səs”ə göndərib. Xəstəyə Audiometriya və Timpanometriya müayinəsindən keçməyin zəruriliyi bildirilib. Əsas fırıldaq da məhz bundan sonra başlayıb. Həmin Mərkəzdə xəstəni cavan bir xanım müayyinə edib və adının Muxtarova Ülviyyə olduğunu bildirib. Sonda ciddi bir məsələylə bağlı həmin xanımın saxtakarlığa yol verdiyi üzə çıxıb. Belə ki, o, qoyduğu diaqnozla bağlı rəsmi blanka Audioloq-surdoloq Mehman Əliyevin əvəzindən imza atıb. Bundan şübhələnən pasiyent xanımdan və Mərkəzin rəhbərliyindən bunun səbəbini öyrənmək istəyib. Onlar isə “hazır blankdır da, nə fərqi var kim qol çəkir”- deyiblər. Pasiyent bildirir ki, onun Ülviyyə xanımın həkim və ya tibb baçısı olduğuna dair verdiyi suala isə Mərkəz tərəfindən konkret cavab verilməyib. Son nəticədə pasiyentə məsləhət görülüb ki, xoşu gəlmirsə gedib başqa yerdə müayinə edə bilər və onun ödədiyi məbləğ geri qaytarılıb. Azinforum.az hesab edir ki, fırıldağın üstünü açan adamın pulunun geri qaytarılması ilə məsələ kökündən həll edilmir. Deməli, bu üsulla hər gün 10-larla adam aldadılır. Və ən başlıcası budur ki, insanlara eşitmə ilə bağlı ciddi sayılacaq diaqnozlar qoyulur. Əlimizdə olan blankdan görünür ki, xəstəyə qoyulan diqnozla bağlı məlumat Ülviyyə Muxtarovanın öz xətti ilə yazılıb, lakin imza tamamilə başqa bir şəxsin əvəzindən atılıb. Görəsən, cavan xanımı cinayət məsuliyyəti yarada biləcək əmələ sövq edən nədir?
Bizim ilkin ehtimalımız belədir ki, həmin sahənin mütəxəsisi Əliyev Mehman adlı həkimdir. Onun da müştərisi çox olduğu səbəbindən işi çatdıra bilmir. Nəticə etibarı ilə müştəriləri yola verməyin bir hissəsi də ixtisası və tibbi təhsilinin olub-olmamdığı bizə bəlli olmayan kiməsə tapşırılır. Yaranmış vəziyyətlə bağlı rəyini soruşduğumuz bir çox tanınmış hüquqşunaslar bildirdilər ki, başqa şəxsin əvəzindən hansısa sənədə imza atmaq konkret cinayət məsuliyyəti yaradır: “Həmin sənəd hüquq – mühafizə orqanlarına təqdim edildikdən sonra, xətt ekspertizası keçirilir. İmzanın həqiqətən başqa şəxs tərəfindən edildiyi müəyyənləşərsə, uyğun maddələrlə cinayət təqibinə başlanılır”
Təəssüflər olsun ki, bizi maraqlandıran suallara “Kind Səs” Eşitmə Mərkəzi tərəfindən hələ də cavab verilməyib. Həmin sualları bir daha Mərkəzin rəhbərliyinə və şəxsən nazir Oqtay Şirəliyevə ünvanlayırıq:
Mərkəzdə çalışan və başqasının əvəzindən insan həyatının həll olunduğu sənədə imza atan Muxtarova Ülviyyə hansı ixtisasın sahibidir. Konkret olaraq, həkimdirmi? Əliyev Mehman adlı həkimin başqlarının onun əvəzindən qoyduğu adı ilə imza edildiyi diaqnozlardan xəbəri varmı?
Mərkəzin bu cür müayyinələri həyata keçirməyə dair lisenziyası varmı? Araşdırmamız davam edir. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
• Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18 |
|
|
|
• "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09 |
|
|
|
|