Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Vasif Talıbov öz şirkətlərində işçiləri QUL KİMİ İŞLƏDİR
Vasif Talıbov öz şirkətlərində işçiləri QUL KİMİ İŞLƏDİR14-10-2022, 12:17 |
Bu il Naxçıvanda 16 istehsal müəssisəsi və 104 yeni iş yerinin açıldığı bildirilir. Bu haqda Naxçıvan MR İqtisadiyyat Nazirliyi məlumat verir. Bu müəssisələr “NaxPlast” və “Saf Metal” MMC-lər tərəfindən açılıb. Bura Kəngərli rayonunda çaxır, Şərur rayonunda dondurma, mebel, ayaqqabı, Babək rayonunda mebel və plastik qapı-pəncərə istehsalı və. s aiddir. Sahibkarlığın İnkişafı Fondu bu məqsədlə həmin MMC-lərə 4 milyon 974 min manat güzəştli kredit də verib. Hər iki MMC-nin yerli hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir. DİA.AZ-ın məlumatına görə, sakinlər “Gündəlik Naxçıvan”a bildirirlər ki, yerli şirkətlərdə iş saatı çox, maaş isə azdır. Onlar deyir ki, Talıbovların nəzarətində olan müəssisələrdə işçilər cüzi maaş qarşılığında (300-350 manat) 16 saat işlədilirlər. Bunu qul əməyi sayan sakinlər, Türkiyədə gedib işləməyi daha üstün tuturlar. Geri qayıt |