Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Şeyxə qarşı kampaniyanı kim aparır? - Bunu artıq hüquq-mühafizə orqanları araşdırmağa başlayıb
Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şeyxə qarşı kampaniyanı kim aparır? - Bunu artıq hüquq-mühafizə orqanları araşdırmağa başlayıb

Şeyxə qarşı kampaniyanı kim aparır? - Bunu artıq hüquq-mühafizə orqanları araşdırmağa başlayıb


17-03-2014, 12:58
Şeyxə qarşı kampaniyanı kim aparır? - Bunu artıq hüquq-mühafizə orqanları araşdırmağa başlayıb
DİA.AZ: - «Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə qarşı fəaliyyətdə olan konkret qrup var və bu qrupa qarşı əməliyyat hazırlanır». Bu şok məlumatı DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mötəbər mənbə ötürüb.

Xəbəri verən qaynaq iddia edir ki, bütün Qafqazın Şeyxilə bağlı neçə müddətdir mətbuatda müxtəlif informasiyaları yayan şəbəkə ilə əlaqədar QMİ adından hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub və bu istiqamətdə hüquqi araşdırmalar başlanılıb.

Mənbənin söylədikləri: «Təbii ki, həmin məlumatların mətbuata hansı yol və üsullarla ötürülməsi araşdırılır. Ola bilsin ki, bununla bağlı bəzi media quruluşlarında da reydlər keçirilsin. Çünki vəziyyət bunu tələb edir».

Mənbəmiz bildirdi ki, mətbuatın informasiyaları hansı qaynaqlardan əldə etməsi də araşdırılır.

Geri qayıt