Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..."
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..."Bu gün, 10:19 |
“Narkomaniyanın əsas köklərinə baxsaq görərik ki, bu ən çox nəzarətsiz qalan, ailəsində problemlər yaşayan gənclər arasında yayılır”. Bu sözləri Bizim.Media-ya açıqlamasında “Ağ ölüm”dən danışan deputat Razi Nurullayev deyib. Onun sözlərinə görə ilk növbədə uşaqlara məktəbdə verilən tərbiyə, onlara nəzarət çox vacib məsələdir: “Burada valideynlərin də iştirakı çox vacibdir. Elm və Təhsil Nazirliyi valideynlərlə müəllimlər arasında bir kordinasiya yaranması üçün çalışır. Eyni zamanda valideyin komitələri də yaradırlar. Amma mənim müşahidəm bundan ibarətdir ki, biz hələ istədiyimiz nəticəyə nail ola bilməmişik. Bunun da bir çoxu valideynlərin özünə bağlı olan bir şeydir. Yəni, yalnız məktəbdə müəllimlərdən asılı məsələ deyil. Valideyn də bu məsələlərdə tələbkar olmalıdır”. Deputat ikinci səbəb kimi savadsızlıq olduğunu diqqətə çatdırıb: “Məktəbdən yayınan, oxumayan, başqa əyləncəsi və məşğuliyyəti olmayan gənclər boşluqdan ətrafı pis olan insanlara qoşulurlar. O ətraf da həmin o yaxşı insanı dəyişərək ya narkomana çevirir, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevirir. Təbii ki, bu biraz da cahillikdir”. Gənclərin narkomaniyaya düçar olmasının digər bir səbəbinin işsizlik olduğunu vurğulayan Razi Nurullayev xüsusən rayon, kənd yerlərində gənclərin işlə bağlı problemlərinin olduğunu bildirib: “Ali savadı olmayan gənclər düşünürlər ki, şəxsi iş qursunlar. O da alınmadıqda artıq işsizlik, sosial problemlər yaranır. İnsanlar günümüzün tələblərinə uyğunlaşmayanda bax bu cür problemlər yaranır”. Deputat gəncləri ağ ölümdən qorumaq üçün onların tərbiyəsində valideyinlərin müəllimlərlə qarşılıqlı əlaqədə olmasını vacib sayaraq, bu məsələdə valideynlərə çağırış edib. Geri qayıt |