Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”...
Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”...Bu gün, 15:17 |
Deputat Qüdrət Həsənquliyev isə çıxışında deyib ki, hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşılmalıdır. Onun sözlərinə görə, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir: “Amma Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir. Bizə DSX və Daxili Qoşunların hərbçiləri bununla bağlı müraciət edir. Onlarla əmək müqaviləsini bağlasaq, bu problemlər yaranmaz, onların da məhkəmələrə müraciət etmək hüquqları yaranacaq”. “Real həyatda qanunların icrasına nəzarət mexanizmi yoxdur. Bizim Daxili Nizamnamənin 39-cu maddəsinə görə bizə dövlət sirri təşkil edən məlumatlar göndərilmir. Bəs biz büdcə xərclərinin icrasına necə nəzarət edə bilərik?! Dövlət idarəetməsinə şəffaflığın artırılması üçün yeni qanunu qəbul etməliyik, deputatlara bu səlahiyyət verilsin. Silahların alınmasına nə qədər pul xərclənir və s. kimi məlumatlar bizə verilmir”, - deyə deputat narazılığını bildirib. Deputatdan irad: “Həkimi şəxs olaraq reklam etmək praktikası dünyanın heç yerində yoxdur” İclasda həmçinin Reklam haqqında qanuna dəyişiklik edilməsi təklif olunub. Deputat Musa Quliyev deyib ki, tibbi xidmətlərlə bağlı reklamlarda pozuntular var: “Əlbəttə, tibbi xidmətlərin reklam edilməsinin əleyihinə deyilik. Amma tibbi etika qorunmalıdır. Plastik cərrahiyyə, mədəkiçiltmə reklamları son dövrlər baş verən əməliyyatlarda ağırlaşmalara, ölümlərə təsir edir. Həkimi şəxs olaraq reklam etmək praktikası dünyanın heç yerində yoxdur. Həkimi “bir nömrəli həkim”, “dünyaca məşhur həkim” kimi təqdim etmək doğru deyil”. “Hesab edirəm ki, Reklam haqqında qanuna dəyişiklik edilməlidir. Nəyi reklam etmək olarsa, orada təsbit olunsun. Şəxsi reklam etmək, həkimin sponsor olması dünyanın hər yerində qadağandır. Bizdə də qadağan edilməlidir", - M.Quliyev vurğulayıb. “Onların qazancı arvad boğuşmasından, həkim reklamından gəlir" Deputat Aqil Abbas həmkarı ilə razılaşıb: “Hesab edirəm ki, Musa müəllim düz deyir. Reklam haqqında qanuna dəyişiklik yaz sessiyasının işlər planına salınmalıdır. Mənfur SSRİ dövründə mən qəzetdə işləyəndə adicə həkim haqda xoş söz demək olmazdı. Bu gün televiziyalarda əsas gəlir gətirən arvad boğuşması və həkimlərin, dərmanların reklamıdır. “Mercedes”in reklamı özüdür. Əhliman müəllimin, Rəşid müəllimin reklamları özüdür. Amma indi hansısa adamlar haradasa gedib peşə kursu keçir, yaxud Türkiyədə "uzman" adı alır, gəlir və özünü reklam edirlər. Aralarında savadlıları da var. Amma həkimin reklamı qadağan olunmalıdır. Düzdür, bu özəl televiziyalara ziyan vuracaq. Çünki onların qazancı arvad boğuşmasından, həkim reklamından gəlir", - o qeyd edib. Milli Məclisin sədri Sahibə Qafarova deputatın sözlərinə irad bildirib. “"Arvad boğuşması”, “arvad davası” sözləri nədir, bu, parlament sözüdür?”. Çıxışlardan sonra deputatlar iclasın gündəliyində olan məsələlərin müzakirəsinə başlayıblar. Geri qayıt |