Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Paşinyan Zənğəzur dəhlizini açır
Əsas Səhifə > Güney Press > Paşinyan Zənğəzur dəhlizini açır

Paşinyan Zənğəzur dəhlizini açır


Bu gün, 15:50
Paşinyan Zənğəzur dəhlizini açır
“İndi böyük təhlükə var ki, sabah və ya o biri gün Zəngəzur dəhlizi məsələsi ortaya çıxacaq. Camaatı buna hazırlayırlar ki, “Meğrini biz yox, onlar veriblər” deməyə hazırlayırlar”.

“Cebheinfo.az” xəbər verir ki, bunu fevralın 3-də jurnalistlərlə söhbətində “Ermənistan” blokundan deputat, Daşnaksütyun Partiyasının üzvü Armen Rüstəmyan deyib.

“Hökumət yeni, həyati əhəmiyyətli güzəştlərə getməyə hazırlaşırlar. Müharibədən əvvəl deyirdilər ki, Qarabağ məsələsi çoxdan həll olunub. Nəticədə olanları gördük”, - deyə Rüstəmyan bildirib.

“Sərhəddə aparılan demarkasiya və delimitasiya işləri Ermənistana nə verir?” sualına deputat belə cavab verib: “Azərbaycan heç yerə geri çəkilmək fikrində deyil. Azərbaycanlılar özlərininki hesab etdikləri əraziləri demarkasiya yolu ilə alacaqlar. İndi isə anklavlarla bağlı sual yaranacaq. Tavuşda proses hələ bitməyib”.

Armen Rustamyanın fikrincə, hələ cavabı tapılmayan bir sual var:

“Kirantsdan (Günən) Gürcüstanla sərhədə qədər dövlətlərarası yolun hər hansı hissəsi Azərbaycanın nəzarətinə keçəcək, ya yox? Bu sualın cavabı yoxdur, çünki hökumət “hə” desə, xalq üsyan edər, “yox” desə, o zaman Bakı bəyan edəcək ki, bu proses baş tutmur?”


Geri qayıt