Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb"
Əsas Səhifə > Güney Press, Partiya > "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb"

"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb"


Bu gün, 09:18
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb"
Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci Üçtərəfli Görüşünün yekun sənədi olan Ankara Bəyannaməsinin imzalanması olduqca önəmlidir. Əslində bölgənin üç böyük dövlətinin gücünün burada rol alması vacibdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fazil Mustafa deyib.

“Özbəkistan, Azərbaycan və Türkiyənin atmış olduğu bu addım ciddi bir gedişdir. Burada həmçinin iqtisadi gücün birləşdirilməsi və bu istiqamətdə daha sabit əlaqələrin qurulması məqsədi var”, - deyə o qeyd edib.

Deputat bildirib ki, Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb:

“Bəyannamədə Azərbaycan və Türkiyə ilə yanaşı Orta Asiya ölkələrinin də yer alması vacib idi. Bu xüsusda Özbəkistanın son illərdə fərqli siyasət yürütməsi onu daha etibarlı və güclü müttəfiqə çevirib. Azərbaycan və Türkiyə bu faktoru nəzərə alaraq mühüm tarixi Bəyannaməyə imza atıb”.

Fazil Mustafa hesab edir ki, Ankara Bəyannaməsi kifayət qədər böyük bir güc mərkəzinin ortaya çıxması deməkdir:

“Üç qardaş ölkə iqtisadi problemlərin həlli istiqamətində də qarşılıqlı olaraq töhfə verəcək”.

Qeyd edək ki, 29 yanvar 2025-ci il tarixində Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşünün yekununda Ankara Bəyannaməsi qəbul olunub.

Geri qayıt