Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar
Əsas Səhifə > Güney Press > Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar

Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar


Bu gün, 16:43
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar
Gəncə sakinindən hədə-qorxuyla pul tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə "DİA-AZ"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100 min dollar tələb etməsi barədə polisə müraciət edib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb.

Geri qayıt