Əsas Səhifə > Güney Press > "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..."

"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..."


Bu gün, 08:30
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..."
"Uzun müddət əlillik qrupu alan vəişdən azad olunan neftçinin əlilliyi 15 il sonra ləğv olunur. Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də əlilliklə əlaqədar azad olunduğu əvvəlki işinə qayıda bilir". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış hüquqşünas, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının eksperti Azər Quliyev çıxış edib.
NHMT nümayəndəsi daha sonra davam edir: "Çox təəssüf ki, bu əmək münasibəti Əmək Məcəlləsi ilə birbaşa olaraq tənzimlənmir və nəticədə bu vəziyyətə düşən işçilər əziyyət çəkir, işlərini itirirlər. İşçi Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə əmək əlili kimi 2-ci və ya 3-cü qrup əlillik dərəcəsi alır, lakin bu halda işəgötürən tərəfindən yüngül işlə təmin olunmur və onunla bağlanmış Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin c) bəndi ilə: "qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə" əsası ilə ləğv edilir. 5-10 il və ya müəyyən müddət keçdikdən sonra isə Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə sağlamlığının bərpası və ya digər səbəblər ilə əlaqədar şəxsin əlilliyi ləğv edilir.
Lakin işçi müxtəlif bəhanələrlə əvvəlki işinə bərpa oluna bilmir və bu hal da AR-sı Əmək Məcəlləsi ilə birbaşa olaraq tənzimlənmir. Nəticədə isə bu əsaslarla nəzərdə tutulan qaydada əmək müqaviləsi ləğv edilmiş işçi əmək qabiliyyəti bərpa olunsada öz əvvəlki işinə bərpa oluna bilmir və işsiz qalır.
Hesab edirəm ki, əlilliyin təyin edilməsi və əmək müqaviləsinin ləğvi bu halda - işçinin iradəsindən asılı olmayan əsasla həyata keçirilirsə, sonradan işçinin sağlamlığı bərpa olunursa və əlilliyi ləğv edilirsə, bu halda işçinin öz əvvəlki vəzifəsinə bərpa olunmaq hüququ olmalıdır, bu barədə AR-nın Əmək Məcəlləsində müvafiq dəyişikliklər və ya əlavələr edilməlidir. Xüsusən o hal da nəzərə alınmalıdlr ki, işçi bu xəsarəti istehsalatda alıb və bu əsasla işdən azad olunub".

Geri qayıt