Əsas Səhifə > Güney Press > Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu

Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu


Bu gün, 12:18
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
"Qarabağ" ötən gün sabiq futbolçusu Kadi Borgesin qayıdışını açıqlayıb. Braziliyalı vinger "Ferensvaroş"dan transfer edilib.

Publika.az transferin detalları barədə məlumat əldə edib.

Belə ki, Macarıstan təmsilçisi son günlər tez-tez yarımmüdafiəçi Julio Romaoya görə Ağdam klubunun "qapısını döyüb". "Ağ-yaşıllar" dəfərlərlə "yox" cavabı almasına baxmayaraq, inadkarlıq ediblər. Sonuncu danışıqlar prosesində isə anidən Kadi məsələsi gündəmə gəlib. Bu zaman "sular durulub". Nəticədə tərəflər qısa zamanda və sürətli şəkildə razılığa gəliblər.

Braziliyalı futbolçu da "Qarabağ"a qayıtmağa razı olduğundan, bu transferdə problem yaşanmayıb. Nəticədə Kadi fevralın 3-də Bakıya gəlib və "köhlən atlar"la müqavilə imzalanıb.

Qeyd edək ki, "Qarabağ" 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Geri qayıt