Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDIBu gün, 12:54 |
![]() Məlum olduğu kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinə start verilib. Bundan əlavə, ABŞ prezidenti Donald Tramp Dövlət katibi Marko Rubionu ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) müvəqqəti direktor təyin edib. Vaşinqtondakı ofisinin bağlanmasından sonra Trampın sözügedən qurumla bağlı islahatlar aparması isə heç də təsadüfi deyil. Çünki ABŞ Beynəlxalq İnkişaf Agentliyi həm də hazırki prezident Trampın xarici siyasətinə əks fəaliyyətlə də məşğuldur. Elə Azərbaycanda da fəaliyyətinin dayandırıldığı qurum heç şübhəsiz ki, yalnız daxili sabitliyi pozmaq üçün inkişaf adı altında təxribat fəaliyyətilə məşğul olurdu. “USAİD-in məqsədi sabitliyi pozmaqdır” Mövzunu Bizim.Media-ya şərh edən Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixin, qurumun Ermənistanda fəaliyyətinin Cənubi Qafqazda sabitliyi pozmaq olduğunu bildirib: “Əlbəttə, biz bilirik ki, Cənubi Qafqazda gedən proseslərdə Ermənistandakı fəaliyyət göstərən xarici QHT-lərin izi var. Ermənistandakı hakimiyyət dəyişikliyi də USAİD kimi qurumların fəaliyyətinin məhsulu idi. Biz görürük ki, bu proses qeyri-stabilliyə və məhz dövlət çevrilişinə gətirib çıxardı”. Anton Bredixin, USAİD-in bundan sonrakı fəaliyyətlərində də ölkələr arasında daxili sabitliyi pozan addımlar atacağı təqdirdə, qurumun tamamilə ləğv edilə biləcəyini qeyd edib. “İndi isə görürük ki, Tramp ABŞ-ın xaricdəki fəaliyyətlərini yenidən nəzərdən keçirir, buna görə də o, bütün xarici nümayəndəlikləri, QHT-ləri və fondları, harada pul varsa və ya pul qazanmaq mümkündürsə, şəxsi nəzarətinə götürmək istəyir. Bu səbəbdən USAİD ilə bağlı vəziyyət də eyni qaydada inkişaf edir, ona görə də ofis müvəqqəti olaraq bağlanıb. Vaşinqtondakı ofisin də qeyri-müəyyən vaxta qədər fəaliyyəti dayandırılıb. Həmin ofis USAİD demokratların nəzarətindən Trampın nəzarətinə keçdikdən sonra açıla bilər”, - deyə A.Bredixin əlavə edib. Geri qayıt |