Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq:
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq:Bu gün, 12:56 |
![]() "Həkimlər ancaq tibbə gətirdikləri yenilikləri reklam edə bilərlər". Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla telekanallarda reklam olunan həkimlərdən danışarkən deyib. Onun sözlərinə görə, ayrı-ayrı ixtisas həkimləri insanlara yeniliklər haqqında publik məlumatlar verməlidir: "Dünyanın hər yerində belə təcrübə mövcuddur. Məsələn, tibbdə yeni bir üsul var, onun mahiyyəti, təhlükəsi və üstünlükləri haqqında məlumat verilməlidir ki, insanların real təsəvvürləri olsun. Amma bir həkimin şoumenin verilişində oturub özünə "№1 həkim" adını verməsi, həmkarlarının haqqına girməsi, özünü fərqləndirməsi yolverilməzdir. Belə davranış ciddi maliyyə və koorporativ maraqlar hesabına həyata keçirilir. Bunu respublikada hamı bilir. Bu, utanverici haldır". Adil Qeybulla belə praktikanın yığışdırılmasının vacibliyini qeyd edib: "Həqiqətən də bu insanlarda məyusluq, həkimlərə qarşı ciddi etimadsızlıq, etibarsızlıq mühiti yaradır. Bu məsələ birmənalı olaraq qadağan edilməlidir. Axı nəyə görə buna rəvac verilməlidir? İstəlinən bir adam hansısa maddiyyat qarşılığında reklam olunur, önə çıxarılır və bütün həkimlərdən yuxarı qaldırılır. Dünyanın heç bir yerində belə biabırçılıq yoxdur. Təəssüf ki, biz həmişə biabırçılıqlara imza atırıq". Professor neçə illərdir ki, bu barədə mətbuatda çıxışlar etdiyini xüsusi bildirib: "Eşidirlər, amma özlərini eşitməzliyə vururlar. Görünür ki, eşitmək istəmirlər”. Geri qayıt |