Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb
Əsas Səhifə > Güney Press > Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb

Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb


Bu gün, 15:23
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb
İmişli rayon icra başçısı Elçin Rzayevin müavini Ruslan Eldaroğlunun sosial şəbəkədə paylaşdığı görüntü müzakirələrə səbəb olub.

Pravda.az xəbər verir ki, R.Eldaroğlu İmişlidə məktəblilərin ölümü ilə nəticələnən hadisədən sonra icra başçısının rayon sakinlərinin qarşısına çıxmaması, onların problemini dinləməməsi barədə söyləntilərin yalan olduğunu deyərək başçının görüntülərini paylaşıb:

“bir müdrik kəlamda “Riyakarlıq zəiflərin silahıdır” deyilir. Düzə düz, əyriyə əyri, haqqa haqq demək lazımdır. Əfsuslar olsun ki, İmişlidə baş vermiş məlum hadisə ilə bağlı bəzi dəqiqləşdirilməmiş, böhtan, ictimai fikiri çaşdırmağa çalışan çıxışlar hələ də tirajlanır.

Bu şəkil İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin hadisə vaxtı vətəndaşlarla söhbəti, onların şikayət və gileylərini dinlədiyi zaman çəkilib”.

Onun paylaşdığı fotonun hansısa videodan götürüldüyü, həmin hadisə gününə aid olmadığı iddia edilib.

Pravda.az məsələni aydınlaşdırmaq üçün R.Eldaroğlu ilə əlaqə saxlayıb.

O, hadisə günü çəkilən sözügedən videonu saytımıza təqdim edib, heç bir şərh vermək istəməyib.

Geri qayıt