Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladıBu gün, 15:55 |
Bloqqer Şəhla Həsənli ilə "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilova arasında olan məhkəmə çəkişməsi yekunlaşıb. Bu barədə Lent.az-a xanım bloqqerin vəkili Ramil Vəliyev məlumat verib. Onun sözlərinə görə, müvəkkili Aybəniz Xəlilova barəsində xüsusi ittiham qaydasında şikayətdən imtina edib: "Şəhla Həsənlinin şikayəti əsasında Xətai rayon Məhkəməsində Aybəniz Xəlilova və Xalid Kərimov barəsində cinayət işi qaldırılıb. Şəhla Həsənli hazırda Aybəniz Xəlilovanın başqa cinayət işi üzrə həbsdə olmasını, azyaşlı övladını nəzərə alaraq, onu bağışladı və şikayətdən imtina etdi". Qeyd edək ki, tərəflər arasında məhkəmə artıq 1 ilə yaxındır ki, davam edir. Belə ki, əldə etdiyimiz məlumata görə, xanım bloqqerin iddiasına görə, tiktoker "Bəniz" canlı yayımlarında onun qızını ölümlə hədələyib. Eyni zamanda, xanım bloqqerin ailə üzvlərinin şəkillərini feyk profillə açılmış səhifələrdə paylaşdırıb. "Bəniz" ləqəbli tiktokerin adı digər bir cinayət işində də keçir. Onun barəsində 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak tələb etməklə törədildikdə və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə əlavə ittiham elan edilib. O, sevgilisini 836 min manat pul tələb edərək, şantaj etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində əvvəllər həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Tiktokerin əməlindən zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək, işin yenidən nəzarətə götürülməsini xahiş edib. Geri qayıt |