Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm"
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm"Bu gün, 16:04 |
"Deputat Razi Nurullayev mənim çapımda, səviyyəmdə olan adam deyil". Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib. “Mən ona cavab verə bilmərəm. Getsin işi ilə məşğul olsun. Vaxtilə onu düzgün yola gətirdik, indi belə olur”, – deyə o qeyd edib. Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxladıq. Deputat Razi Nurullayev "Sherg.az"a açıqlamasında söylədi ki, Siyavuş Novruzovun nə demək istədiyini bilmir: "Açığı, Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm. Siyavuş Novruzov nə demək istəyir ki?! Mən onun özünü parlamentdə görəndə bu sualı verəcəm". Geri qayıt |