Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İran müəllimləri Pezeşkiana səsləndi:
Əsas Səhifə > Güney Press > İran müəllimləri Pezeşkiana səsləndi:

İran müəllimləri Pezeşkiana səsləndi:


Bu gün, 16:35
İran müəllimləri Pezeşkiana səsləndi:
Ölkənin təhlükəsizliyi və milli mənafei naminə Amerika ilə birbaşa danışıqlar aparılsın.

Axar.az xəbər verir ki, bu barədə İran Müəllimlər Təşkilatının yaydığı bəyanatda deyilib.

“Maksimum milli maraqlara nail olmaq və sanksiyalardan qurtulmaq üçün ölkəmiz fəal danışıqlar diplomatiyası strategiyasını qəbul etməlidir”,- bəyanatda bildirilib.

İranın üzləşdiyi siyasi, iqtisadi, mədəni, təhlükəsizlik, ekoloji və xüsusilə iqtisadi böhranlara toxunan bu bəyanatda Amerika ilə danışıqların aparılması “təcili zərurət” adlandırılıb.

Əks təqdirdə ölkənin daha ağır vəziyyətlə üzləşəcəyinə diqqət çəkən müəllimlər Məsud Pezeşkianın Qərblə razılıq əldə etmək cəshdlərini dəstəklədiklərini bildiriblər.

Geri qayıt