Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”Bu gün, 12:18 |
![]() “Mənim 200-ə yaxın mahnım var. “Yolun düşsə bu dünyaya bir də gəl” mahnım 2015-ci ildən bu yana şedevr olub. Bütün Azərbaycan bu mahnını sevir. Həmin mahnı qardaşım dənizdə batandan sonra yarandı. Bunu Şahmalı ilə biz işlədik. Sonra bunu biz şəhidlərimizə həsr etdik. Budur mənim mahnım, şedevrim. “Dərdliyəm”, “Qara taleh”, “Ney səsiyəm” və s. mahnılarını yaratmışam. Məni 30 dəfə də danışdırsanız yenə də eyni sözləri deyəcəm. Çünki yalan danışmıram. Sözümdə yalnış bir şey görə bilməzsiniz. Heç kim deyə bilməz ki, Tacir keçən dəfə belə danışırdı, indi başqa cür danışır”. Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlu deyib. O daha sonra uşağlığından, sənətə yeni başladığı illərdən danışıb: “Ağdamda pionerlər evində yaxşı sənətkarlar çox idi. Amma orada iki yaxşı sənətkar yetişmişdi. Biri mən idim, hansı ki, mən tarixə düşmüş insanam. Digəri isə klarnet ifaçısı Ayaz idi. Ayaz elə bütün Azərbaycanımızın, Ağdamımızın sevimlisi idi. Hər kəs bunu təsdiq edə bilər. Necə ki, Lənkəranın klarnet ifaçısı Hakimdir, Bakı şəhərininki Xanlardır, Yevlaxın yetirməsi Elman Namazoğludur, Ağdamda da Ayaz idi. Ağdamın pionerlər evində iki şedev yetişmişdi. “Qarabağ Bülbülləri”ansamblının rəhbəri Murad Rzayev mənimlə də, Ayazla da düşməndir. Neçə illərdir mənimlə vuruşur. Özü də bilmir ki, niyə görə?”, - deyə sənətkar bildirib. Geri qayıt |