Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Azərbaycan Ukraynanın yanındadır...
Azərbaycan Ukraynanın yanındadır...Bu gün, 12:43 |
Azərbaycandan Ukraynaya 1 milyon dollar dəyərində növbəti humanitar yardımın göndərilməsi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünə təsadüf edib. Azərbaycanın Ukraynaya budəfəki humanitar yardımı da elektrik avadanlıqlarından ibarətdir. Bu Ukrayna üçün vacibdir. Çünki, Rusiya raket və dron zərbələri ilə əsasən Ukraynanın elektrik mərkəzlərini sıradan çıxarmağa çalışır ki, ukraynalılar qış aylarında evlərini qızdıra bilməsinlər. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başladığı tarixdən bu yana Azərbaycan Ukraynaya 40 milyon dəyərində humanitar yardım göndərib. Əlbəttə, bu ABŞ və Avropa dövlətlərinin Ukraynaya göndərdiyi yardımların fonunda kiçik rəqəm kimi görülə bilər. Ancaq digər dövlətlər də Azərbaycan kimi Ukraynaya lazım avadanlıqlar göndərsəydi, Ukrayna indiki qədər ağır vəziyyətdə olmazdı. Ukraynada müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ukraynalı uşaqların tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana səfərlərinin davam etdirilməsi də əhəmiyyətlidir. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |