Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir,
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir,Bu gün, 16:12 |
Əfv sərəncamı prezident tərəfindən hər il bayram ərəfəsində imzalanır. Geniş əhatəli olan əfv sərəncamları adətən Novruz bayramı, müstəqillik günü ərəfəsində verilir. Prezident məhkumları cəzasının qalan hissəsini çəkməkdən azad edə, cəza müddətini azalda bilər və yaxud da məhkumlara təyin olunmuş cəza növünü daha yüngül bir cəza növü ilə əvəzləyə bilər. Eyni zamanda o cəzanı çəkmiş şəxslərin məhkumluğunun götürülməsinə də qərar verə bilər. Bundan əlavə, prezidentin sərəncamı ömürlük məhkumların cəzasını 25 ildən çox olmayan müddətə azalda da bilər. Qeyd edək ki, bu günə qədər 70-dən çox əfv sərəncamı verilib və 10 minə yaxın insan əfv sərəncamının müxtəlif kateqoriyalarından yararlanıb. Yaxın vaxtlarda əfv sərəncamının veriləcəyi gözlənilirmi? Hüquqşünas Əliməmməd Nuriyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu il əfv sərəncamının verilib-verilməməyi haqda fikir söyləmək çətindir. “Əfv sərəncamı cənab prezidentin müstəsna konstitusiya səlahiyyətidir və cənab prezident özü bu sərəncamı nə zaman verəcəyi barədə özü qərar qəbul edir”-deyə hüquqşünas qeyd edib. Əliməmməd Nuriyev vurğulayıb ki, əfv üçün prezidentə məhkumların özləri, yaxınları, QHT-lər, deputatlar və s. müraciət edə bilər, müraciətlə bağlı qərar da prezidentin səlahiyyətində olacaq. Geri qayıt |