Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir"
Əsas Səhifə > Güney Press > "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir"

"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir"


Bu gün, 17:21
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir"
“Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir. Neçə ay öncə Türkiyəyə getdik, orada oyunumuzu gördülər, fikirləri dəyişdi. Səhəri bizə sözün yaxşı mənasında təzim edirdilər”.

Musavat.com-un bu dəfəki qonağı aktyor Türkay Cəfərlidir. Onunla son rol aldığı “Spinozanın tanrısı”ndan, yeni çəkilən yerli filmlərdən və sevgi haqqında düşüncələrindən danışdıq.

- Filmdə Bərq obrazını canlandırırsınız. Film tamaşaçıya nə verəcək?

- Film psixoloji triller janrındadır, maraqlı ssenarisi, gedişatı var. "Spinozanın tanrısı" filmində köhnə dövrün sevgiləri təsvir edilib. Heç vaxt eşqə düşməyən Bərqin hisslərini tamaşaçılar maraqla izləyəcək.

- Bərqlə Türkayın oxşar və fərqli cəhətləri nələrdir?

- Oynadığımız hər obrazda az da olsa, özümüz varıq. Özümüzdən, əlbəttə, nələrsə qatırıq. Bərqin eşqdən havalanması olmasa da, düzgün sevmək Türkayda var. Türkay da dəli kimi sevə bilər. Amma Türkay sevəndə özünü ölümünə qədər xərcləmir. Bir işin sonunda işıq yoxdursa, mən getmərəm. Amma Bərq bilinməzliyə gedir.

- Eşq üçün ölümə getməyə dəyərmi?

- İnsan dərdi, əzabı sevir. Mən hər şeyi zəhmətlə əldə etmişəm. Kimsə mənə nəsə təklif edəndə düşünürəm ki, niyə etdi, nə qarşılıq gözləyir. İstəyirəm qarşılığında nəsə edim. Dərd insanın ən yaxın ortağıdır, insan da dərdi sevir, həyatında hərəkətliliyi sevir. Rahat həyat hara qədər davam edə bilər. Sevgiyə görə dərd çəkməyə dəyər.

- Yeni yerli filmləri izləmisiniz? Sizi qane edir?

- Hamısın izləmişəm deyə bilmərəm. Amma baxdıqlarım da var, dostlardan, filmi bilənlərdən eşitdiklərim də. Filmlərin çoxu sosial effekt daşıdığı üçün baxmıram. Mən bədii filmləri izləyirəm. Sosial filmləri bədii film kimi təqdim edirlər. Sosial effektli filmlər çəkmək də vacibdir, cəmiyyətdəki problemləri göstərir. Ama mən baxmıram.

- İnsanlar hələ də yerli filmlərə birmənalı yanaşmır. Düşünürlər ki, bizim filmdirsə, zəifdir, maraqsızdır.

- Problem ondadır ki, insanlar yerli filmin hansı əzablarla işləndiyini bilmədiyi üçün bizi qonşularımızla müqayisə edirlər. Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir. Neçə ay öncə Türkiyəyə getdik, ortaq layihə vardı. Orda heç kim bizi tanımırdı. Amma bizim oyunumuzu gördülər, tanış oldular. Bildilər ki, Azərbaycanda jönlərik. Fikir dəyişdi, səhəri bizə sözün yaxşı mənasında təzim edirdilər ki, sizin məktəb tam fərqlidir. Sadəcə sizi tanıtmırlar. Türkiyədə bir reklamla aktyor star olur. Biz isə çox əziyyətlər çəkirik. Türklərin bir bölümlük büdcəsi, bizim bütün ssearialın büdcəsidir.

- Bizim aktyorların bir tərzi, bir stili yoxdur. Çoxu baxımsızdır deyə bilərəm.

- Aktyorlarımız özünü çoxbilmiş dayday kimi aparır. Tamaşaçı isə birinci filmdə, serialda obrazın görünüşünə baxır. Sonra onun oyununa diqqət edir. Aktyorlarımızın ya gələcəyə ümidi yoxdur. Ya da içlərindəki xislət onları dəyişməyə qoymur. Aktyor dəyişməlidir. Öz ruhunu dəyişməlidir. Öz tərzini dəyişməlidir. Güzgüyə baxıb səliqə göstərməlidir. Bizim aktyorlar 20 yaşında özünü dayday kimi aparır. Qorxurlar dəyişməkdən, bunu daşımaqdan qorxurlar-

- Bizdə “Kişi bunu geyinməz, kişi belə etməz” qəlibləri də aktyorları qorxudur.

Məsələn mən qorxmuram. Xarici görünüşümə, çəkimə diqqət edirəm. Geyim tərzim mənə yaraşandır.

Geri qayıt