Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Əsas Səhifə > Güney Press > BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib

BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib


Dünən, 22:36
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kosmik Fəzanın Sülh Məqsədləri üçün İstifadəsi üzrə Komitəsi”nin (KFSMİK) Elm və Texnika Altkomitəsinin (The Scientific and Technical Subcommittee of the United Nations Committee on the Peaceful Uses of Outer Space – COPUOS) 62-ci sessiyasında iştirak edib.

"DİA-AZ" xəbər verir ki, Vyana şəhərində keçirilən sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, rektor Elçin Babayev bir neçə ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edərək, BDU-nun elmi tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığını genişləndirmək istiqamətində müzakirələr aparıb. Görüşlər zamanı Universitetin müxtəlif elm sahələrində həyata keçirdiyi layihələr, potensial əməkdaşlıq imkanları və birgə tədqiqat proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.

BMT-nin adıçəkilən Elm və Texnika Altkomitəsinin sessiyası qlobal kosmik siyasətin formalaşdırılması, yeni elmi və texnoloji nailiyyətlərin paylaşılması və ölkələr arasında əməkdaşlığın inkişafı baxımından mühüm platforma hesab edilir
Geri qayıt