Əsas Səhifə > Güney Press > `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR?
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR?Bu gün, 08:47 |
![]() "ƏMƏK VETERANI" adı-YAŞA GÖRƏ Pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir: İqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikaları fəxri adlarına layiq görülənlər, Keçmiş Sovet respublikaların Ali Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlar; Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni,Qırmızı Əmək Bayrağı ordeni,Xalqlar Dostluğu ordeni,“Şərəf nişanı” ordeni, Şərəf ordeni, I dərəcəli Əmək Şöhrəti ordeni, II dərəcəli Əmək Şöhrəti ordeni, III dərəcəli Əmək Şöhrəti ordeni,“Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar; Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar; uzun illər ictimai əməklə məşğul olanlar: kişilər40 ildən artıq əmək stajı, qadınlar üçün isə 30 ildən artıq əmək stajı olduqda. “Əmək veteranı” adını almaq istəyən şəxs müvafiq ərizə və təsdiqedici sənədlərlə həmin adı almaq üçün öz iş yerinə müraciət edir. Əgər şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Çox təəssüf ki, digər veteranlardan fərqli olaraq hal hazırda əmək veteranlarına hər hansı bir güzəştlər tətbiq olunmur. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.top) Geri qayıt |