Əsas Səhifə > Güney Press > Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymurBu gün, 10:16 |
![]() Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Avropa İttifaqına (Aİ) üzvlük üçün “yaşıl işıq” yandırıb. Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb. Nəşr yazır ki, baş nazir məsələ ilə bağlı komanda üzvlərinin də xəbərdarlıqlarına məhəl qoymayıb: “Hakim fraksiyada böyük bir qrup “Avroreferendum” layihəsinin parlamentdə qəbulunun təxirə salınması üçün mübarizə apararkən, Nikol Paşinyan riskləri ölçmək üçün qanun layihəsini fevralın 11-dən başlayacaq parlamentin növbəti sessiyasının gündəliyinə salıb. Hakim partiyanın deputatları həftəsonu və ya bazar ertəsi Paşinyanla görüş gözləyirlər, Paşinyanın yekun qərarının nə olduğunu bilmək istəyirlər. Məsələ ondadır ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında Ermənistanın Aİ-yə üzvlük ərizəsi layihəsinin qəbulundan sonra ciddi iqtisadi problemlərin olacağı ilə bağlı narahatlıqlar var. Onların fikrincə, Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılması məsələsini gündəmə gətirə bilər. Bu addımın Ermənistan iqtisadiyyatı üçün ölümcüldür. “Vətəndaş Müqaviləsi” aylar əvvəl Paşinyan və digər hökumət nümayəndələri ilə bu barədə mütəmadi olaraq qapalı formatda müzakirələr aparıb, riskləri qiymətləndirdikdən sonra Aİ-yə üzvlük ərizəsini hələlik unutmaq qərarına gəlmişdilər. Ancaq Paşinyanın birtərəfli qaydada Aİ-yə gedən yola “yaşıl işıq” yandırması onları təəccübləndirib”. Geri qayıt |