Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar
Əsas Səhifə > Güney Press > Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar

Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar


Dünən, 18:58
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar
Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır.
APA-nın məlumatına görə, İlkin hesabatdan aydın olur ki, Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin təyyarəsi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib.
Hesabatda qeyd olunur ki, hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.
CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.
Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.
Təyyarənin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.
Təyyarənin qalıqlarının kor zədələrində olan, hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib.
Hesabatda bildirilir ki, 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verir.
Hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.
Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a deyib ki, təyyarənin vurulması ilə bağlı Qazaxıstan rəsmilərinin ilkin açıqlaması artıq bütün əsassız iddialara nöqtə qoymuş oldu:

"Rusiya mətbuatı və rəsmi dairələrindən təlimat almış "siyasətçilər" təyyarənin Rusiyada vurulmasını qəbul etmək əvəzinə, Azərbaycana qarşı əsassız iddialara başladılar. Hətta rus siyasətçilərindən biri çıxış edib ki, bütün azərbaycanlıları Rusiyadan qovmaq lazımdır. Eyni zamanda əsli azərbaycanlı olan Rusiya vətəndaşları isə həbs edilməlidir. Bu açıqlama onu göstərir ki, Rusiya siyasi centlmenlik edərək qəzanın onlar tərəfindən törədilməsini qəbullanmaq, o cümlədən üzr istəyərək konpensasiya ödəməkdən boyun qaçırır. Digər tərəfdən mütəxəssis olmayan hər kəs hesabatdakı fotogörüntülərə baxdıqda qəzanın təyyarəyə kənardan hər hansı obyektin müdaxilə etdiyini bilir. Bu da yalnız raket ola bilər. Nəticədə Azərbaycanın indiyə qədər olan versiyaları öz təsdiqini tapdı".

Ekspert əlavə edib ki, GPR sisteminin söndürülməsi və təyyarəyə müdaxilə isə qəzanın səbəbləri haqqında olan şübhələri iki versiya üzərinə daşıyır:
"Aviasiya haqqında beynəlxalq qanuna görə bunlar cinayətin tərkib hissəsidir. "Kavyor əməliyyatı"na gəlincə səmada uçan təyyarələri təcili yerə endirmək məcburiyyətində qalır. Yəni, bu, təyyarənin vurulmasından sonra olsaydı belə, onu yerə endirə bilərdilər. Ümumiyyətlə Rusiya tək bu məsələdə yox, hər zaman qərəzli davranır. Rəsmi Moskva özünün imperiya siyasətindən əl çəkək istəmir. Azərbaycan Respublikasının rəhbəri milli və dövlət maraqlarına söykənən siyasət yürüdür. Nə qədər dost münasibətlərimiz və strateji tərəfdaşlıq müqavilələrimiz olsa da, Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar".

Geri qayıt