Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ermənistan arxa-dayaq axtarışında:
Əsas Səhifə > Güney Press > Ermənistan arxa-dayaq axtarışında:

Ermənistan arxa-dayaq axtarışında:


Bu gün, 16:21
Ermənistan arxa-dayaq axtarışında:
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a işgüzar səfəri çərçivəsində vitse-prezident Ceyms Devid Venslə görüşüb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti, eləcə də İrəvanla Vaşinqton arasında münasibətləri müzakirə edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşüb. O deyib ki, Ermənistan ümid edir ki, Cənubi Qafqazda sülhün bərqərar olması ABŞ-nin siyasi elitası üçün prioritet olacaq.

Politoloq Sahil Kərimli "Sherg.az"a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-yə səfərini bir çox aspektlərdən şərh etmək olar:

"Ermənistan həmişə olduğu kimi həm ABŞ-də, həm də Qərb dairələrində özünə arxa-dayaq, havadar axtarışındadır. Bu dəfə də Ağ Evin yeni administrasiyası ilə görüşlər keçirməyə cəhd göstərmək Paşinyanın avantürist siyasətinin növbəti təzahürü kimi qiymətləndirilir. Məlumdur ki, Baydenin hakimiyyəti dövründə, xüsusilə də son günlərində Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandı. Paşinyan narahatdır ki, Tramp administrasiyası bu razılaşmanın ləğv edilməsi istiqamətində addımlar ata bilər. Ona görə də ciddi-cəhdlə anlaşmanın qüvvədə qalmasına çalışır, o cümlədən bu kimi səfərlər edir. Ermənistan Baş nazirinin ABŞ-nin vitse-prezidenti ilə danışıqları da bu qəbildəndir. Hətta Nikol Donald Trampla görüşmək istəsə də, Ağ Evin rəhbəri onu qəbul etməyib".

Politoloqun fikrincə, ABŞ-nin yeni administrasiyası Ermənistanla münasibətləri aydınlaşdırmağa çalışacaq:
"İki ölkə arasındakı əməkdaşlıqlar haqqında yeni qərarlar veriləcək. Bu isə Ermənistan üçün heç də qənaətbəxş hesab olunmayacaq. Eyni zamanda Paşinyan Cənubi Qafqazda gedən proseslər, Bakı və İrəvan arasında imzalanması nəzərdə tutulan sülh prosesi çərçivəsində ABŞ-dən müxtəlif dividentlər qazanmaq istəyir. Bunun üçün də Ceyms Devid Venslə görüşündə nələrsə əldə etmək niyyətindədir. Lakin regionda sülh imzalanacağı təqdirdə əsas güc Azərbaycanın əlindədir. Məhz istər ABŞ, istərsə də dünyanın digər ölkələrinin bu prosesə vasitəçilik etmək cəhdləri yolverilməzdir. Çünki Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, iki ölkə arasındakı danışıqlarda və sülhün imzalanmasında heç bir dövlətin vasitəçiliyini qəbul etmir. Yalnız bu halda ədalətli və dayanıqlı sülhdən danışmaq olar. Əks təqdirdə vasitəçilər öz məkrli planlarını həyata keçirmək istiqamətində cəhdlər edəcəklər".

Geri qayıt