Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Böyük müharibəyə səbəb olacaq plan
Əsas Səhifə > Güney Press > Böyük müharibəyə səbəb olacaq plan

Böyük müharibəyə səbəb olacaq plan


Bu gün, 07:43
Böyük müharibəyə səbəb olacaq plan
Qahirədə bir araya gələn 5 ərəb ölkəsi – Səudiyyə, BƏƏ, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzzadan deportasiya etmək planına etiraz olaraq ABŞ dövlət katibi Marko Rubioya ortaq məktub göndəriblər. Məktubda qəzzalıların köçürülməsinin regiondakı böhranı və çaxnaşmanı dərinləşdirəcəyi bildirilir, bunun yerinə Qəzzanın sürətli bərpasına və İsraillə Fələstinin birlikdə mövcud olduğu ikidövlətli həll yoluna Tramp tərəfindən dəstək verilməsi barədə çağırış edilir.

Ekspertlər Trampın planını “ölü doğulmuş uşaq” adlandırırlar. Hətta bunun yeni Ərəb-İsrail müharibəsinə səbəb olacağı da deyilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqarlı deyib ki, Trampın bu fikirlərinin həyata keçirilməsi praktiki olaraq mümkün deyil:

“Bunun bir sıra səbəbləri var:

Birincisi, 1 milyon 800 min insan öz torpaqlarını tərk etmək niyyətində deyil. Onlar indiyədək İsrailin dəhşətli hücumlarından qorxmayaraq öz vətənlərini tərk etməyiblər. Demək olar ki, hər ailədən itki verən qəzzalılar dirəniş göstərirlər. Bunun həyata keçirilməsi üçün 1 milyon 800 min insanı məhv etmək lazımdır. Təbii ki, bu da mümkün deyil. Digər tərəfdən qəzzalıların sürgün edilməsi o deməkdir ki, HƏMAS üzvləri də onlarla bərabər qonşu ölkələrə köç etməlidir.

Misir isə buna qəti etiraz edir və HƏMAS-ı Misirin təhükəsizliyinə təhdid hesab edir. Yəni Misir indiyədək bu səbəbdən qəzzalıların Misirə köç etməsinə qarşı çıxır. İordaniya da buna kəskin etirazını bildirib və bu təklifi heç bir halda qəbul etməz. Çünki İordaniya ilə Fələstin arasında tarixi ziddiyyət var. Trampın açıqlaması spontan söylənilən ifadədir və əsası yoxdur, praktiki mexanizmləri yoxdur. Əlbəttə Tramp Yaxın Şərq üzrə mütəxəssis deyil və orada bu problemi öz düşüncəsi ilə həll edə bilməz”.

Siyasi şərhçi qeyd edib ki, bu, Netanyahunun fiaskoya uğramış planının bir hissəsidir və həyata keçirilməsi mümkünsüzdür:

“Tramp üçün prioritet istiqamətlər ABŞ-ın daxili iqtisadi problemlərini həll etmək və müharibələrə girməməkdir. Bu planın reallaşması İsrailin təkbaşına həll edəcəyi məsələ deyil. Bunun üçün ABŞ birbaşa müharibəyə girməli və İsrailə limitsiz dəstək verməlidir. Buna isə ABŞ-ın iqtisadi imkanları və geosiyasi vəziyyəti imkan vermir. Digər tərəfdən, Tramp da çox yaxşı anlayır ki, Netanyahunun siyasi karyerası bitib və onu İsraildə ciddi problemlər gözləyir. Netanyahunun hakimiyyətdən getməsi ilə bu problemlər də yoxa çıxacaq”.

Ə.Zülfüqaroğlu vurğulayıb ki, adıçəkilən ərəb ölkələri ilə yanaşı Türkiyə də buna kəskin etirazını bildirib:

“ABŞ hökuməti Türkiyə və Səudiyyə Ərəbistanı ilə münasibətlərinin normal olmasına çalışır. Bu baxımdan Trampın açıqlaması ilə ABŞ-ın bu istiqamətdə yürüdəcəyi siyasətin tərs mütənasib olacağını düşünürəm”.
Geri qayıt