Əsas Səhifə > Güney Press > AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası

AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası


Dünən, 17:53
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası
USAİD ətrafında baş verənləri, şübhəsiz, yaxından izləyən çoxdur. Hər halda cəmiyyətin ictimai-siyasi fəal kəsimi bu barədə məlumatlıdır.
Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra məşhur milyarder İlon Maskın rəhbərliyi altında Dövlət İdarəetməsinin Effektivliyi Departamenti yaratdı. Məqsəd dövlət aparatında paralel strukturları və artıq xərcləri aradan qaldırmaqdır. O cümlədən, xarici ölkələrə yardımların mexanizminə də yenidən baxılır. Bu zaman diqqəti cəlb edən strukturlardan biri də Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) oldu.

Araşdırmalar nəticəsində ortaya çox qəribə, paradoksal mənzərə çıxdı. Sən demə, bu, beynəlxalq inkişaf deyil, beynəlxalq dağıdıcılıq üçün işləyən bir qurum olub. Müxtəlif ölkəlırdə inqilabları, xaosu, qanlı qarşıdurmaları körükləməklə məşğul imiş. Cənubi Avropadan Mərkəzi Asiyaya, Afrikadan Şərqi Avropaya, Orta Şərqdən Latın Amerikasına qədər hər yerdə bu cür dağıdıcı missiyanı yerinə yetirib. O cümlədən, Cənubi Qafqazda da buna cəhd gösrərib; öz yarımleqal kəşfiyyat-təxribat şəbəkəsini qura bilib. Ancaq heç də hər yerdə istədiyinə nail ola bilməyib. Məsələn, Azərbaycanda USAİD ölkədəki daxili tarazlığı, dövlətin sütunlarını sarsıtmaq üçün nə qədər maliyyə sərf etsə də, necə böyük məbləğlərdə qrant layihələri həyata keçirsə də, məqsədinə çata biməyib.

Ancaq bir həqiqəti etiraf etmək lazımdır: USAİD-ə rəhbərlik edənlər, eləcə də, müxtəlif ölkələr üzrə yardım proqramlarının başında duranlar yaxşıca qazanıblar. Amerika dövləti özü bunu aşkara çıxarıb. USAİD əsl korrupsiya yuvası imiş. Adını "yardım korrupsiyası" qoya bilərik.

Agentliyin adında "beynəlxalq inkişaf" söz birləşməsi var. Amma qurumun rəhbərləri beynəlxalq səviyyədə cinayət sxemləri üzrə birləşib, özlərini "inkişaf" etdiriblər. Agentliyin rəhbəri, məşhur ermənipərəst Samanta Pauerin "inkişafı" isə heyrət doğurur. İllik maaşı 180 min ABŞ dolları olan bu şəxs öz sərvətini üç ildə 23,3 milyon dollar artırıb. Bu, ilə təxminən 7,7 milyon dollar edir. Adam illik maaşından (180 min dollardan) heç nə xərcləməsə, 7,7 milyon dolları 42 ilə toplaya bilər. Deməli, 23,3 milyon dolları təmiz yolla qazanmaq üçün Samanta Pauerə təmiz nə az, nə çox, düz 126 il dayanmadan işləmək, yemədən, içmədən yaşamaq lazım olmalıydı. Söhbət hələ təkcə üç ildə qamarladığı vəsaitdən gedir. Bunlar da dövlət büdcəsindən oğurlanan pullardır.

Sananta Pauerin cinayətkar fəaliyyəti üzərində bu qədər dayanmağım təsadüfi deyil. İrlandiya əsilli bu immiqrantın ulduzu daha çox Cozef Baydenin prezidentliyi dövründə parlayıb. Bu keçmiş hərbi jurnalist USAİD-in rəhbəri kimi Cənubi Qafqazda sülhü deyil, işğalçı müharibəni dəstəkləyirdi. İşğala məruz qalan Azərbaycanın deyil, işğalçı Ermənistanın tərəfini tutmuşdu. Azərbaycanın guya Qarabağda "etnik təmizləmə" etdiyi haqda uydurma ittihamlar səsləndirirdi. Ermənistanda revanşizmi qızışdırırdı. Bu idi onun "beynəlxalq inkişaf" haqqında anladığı.

Demokratlar Partiyasının üzvü, Baydenin və Blinkenin əsas silahdaşlarından olan Pauerin əsl missiyası beynəlxalq yardım adı altında özünə və onun arxasında duranlara "yardım" göstərmək imiş. Amma ifşa olundu. Həm də öz dövləti onun gizli işləklərini ortaya tökür. Bu, belə qərəzli fondların, şübhəli təşkilatlarınnə dağıdıcı missiyaları haqqında Azərbaycanın zamanlnda doğru söylədiyini bir daha təsdiqlədi. Eyni zamanda Azərbaycanda bu təşkilatın fəaliyyətinin məhdudlaşdırılması, sonra da dayandırılnası çox düzgün qərar olub.

P.S. Maraqlıdır: Amerikada antiAzərbaycan mövqe tutanlar bir-bir ifşa olunur. Bu yaxınlarda daha bir ermənipərıst siyasətçi, keçniş senator Robert Menendes korrupsiya cinayətlərinə görə həbsə məhkum olundu. O da Azərbaycan əleyhinə sanksiyaların müəlliflərindən idi. Ermənistanın və Amerika ermənilərinin "böyük dostu" idi; evindən böyük məbləğdə rüşvət çıxdı. Bu 400 min dolları ayaqqabı qutularına yığmışdı. Amma bu ayaqqabı qutuları özləri də simvolik məna daşıyırdı: haqsızlıq ayaq tutsa da, çox yeriyə bilmədi.

Bahəddin Həzi, bizimyol.info

Geri qayıt