Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlərBu gün, 17:46 |
![]() Rusiya ilə Azərbaycan arasında gərginliyin sonu necə olacaq deyə düşünən xeyli insan var. Bir barmağını dodaqlarının arasına qoyub, gözlərinə dərin baxış, üzünə düşüncə yükləyib, onlarca proqnoz vermək olar. Ancaq prosesləri diqqətlə izləyənlər çox sadə cavabla da dəqiq proqnoz verə bilər: Rusiya qalacaq bir kənarda, biz bir-birimizi yeyəcəyik, ittiham edəcəyik və söhbət bağlanacaq. Təyyarənin vurulmasından sonra Azərbaycanla Rusiya arasında gərginlik yaşandı və davam edir. Gərginliyin bu həddə gəlib çıxması və hələ də qarşılıqlı ittihamların səslənməsi onu göstərir ki, təyyarə vurulmasa da, başqa bir səbəbdən bu, baş verəcəkdi. Əvvəl də yazmışdım ki, heç bir ölkə Rusiyanın yanında sevərək dayanmır, əksinə, təhlükəni sığortalamaq üçün yanındaymış kimi görünür. Azərbaycan da belə olmalıdır. Bundan əlavə, böyük dövlətlərlə dost olmağa gərək yoxdur, onlardan istifadə etməyin yollarını tapmaq lazımdır. Nə isə, bunlardan çox yazıb, çox danışmışıq, keçək əsas məsələyə: demək, Rusiya mətbuatından, bloqerlərindən, hətta deputatlarından Azərbaycana qarşı ağır ittihamlar səsləndirilir, hətta işğal planları açıqlanır. Azərbaycan da buna müəyyən mənada cavab verir. Proses birdən-birə yenə döndü, dolaşdı özümüzə gəldi. İndiki adla Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, mədəniyyət naziri Əbülfəz Qarayev, eləcə də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun Rusiyanın adamı olması barədə yazılar ortaya çıxır. Beləcə, proses Rusiyadan daxilə yönəlmiş olur. Ruslar yenə Azərbaycanın. bizimkilər də guya yeni bir şey tapıblarmış kimi Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyir. Baxırsan, adları çəkilənlərin hamısı da vəzifədən getmişlərdir. Kənardan izləyən də deyər ki, təmizləmə aparılıb, artıq heç bir ölkənin adamı vəzifədə deyil. Gəl, fəxr eləmə də. Bir anlıq özümü bir rus jurnalistin yerinə qoyuram: girirəm, Ramiz Mehdiyevin, Əbülfəz Qarayevin, Eldar Mahmudovun vəzifədə olduğu müddətlərə baxıram. Onların səlahiyyətlərinə, ölkədə kimlərin onların adamı olması haqqında iddiaları oxuyuram. Bu dəfə barmağımı dodaqlarıma yox, dişlərimin arasında sıxaraq, “ay da” deyirəm. Üzr istəyirəm, burada özümü rus jurnalistin yerinə qoymuşdum axı, “ay da” yox, “ay b…t” deyirəm. Sizcə, belə bir araşdırma edən jurnalist nə edər? Əvvəla, səni ciddiyə almaz. Bəziləri deyir ki, Rusiya bizi niyə ciddiyə almır? Siz Rusiyanın yerinə olsanız, alarsınız? Rus deyəcək ki, adı keçənlər bizim adam olubsa, o ölkədəki məmurların bəlkə də 90 faizinin başına onların sığalı, tumarı dəyib. Niyə o ölkədən narahat olmalıyam? Yenidən KQB arxivlərinin açılması təklifi edilib. Ciddi müzakirələr gedir. Qoy, açılsın. Soruşmaq ayıb olmasın, o KQB arxivlərində QRU-nun agentlərinin adları da olacaq? Azərbaycan KQB-si yox, Rusiyanın özü qarşısında öhdəlikləri olanların da adları olacaq? Bunlar olmayacaqsa, cəhənnəmə açılsın, gora açılsın. Şəxsən mənə maraqlı deyil. Bu gün kimin əli kimin cibindədir o daha maraqlıdır. Prosesə diqqət edərkən görünən nədir? Ruslar eyni mövqedə qalıblar, hədəfləri Azərbaycandır, bizimkilər isə hədəfi çeviriblər vəzifədən uzaqlaşdırılmış Rusiyanın adamlarına. Lənət şeytana, soruşacağam ki, indi kim rusun adamıdır, qan düşəcək. Azərbaycan müstəqillikdən bəri bəlkə də ən ağır təhdid və təhlükə ilə qarşı-qarşıyadır. Rusiya əməli addımlar atır. Məsələn, vətəndaşlığı olmayan azərbaycanlıların incidilməsi barədə dəqiq informasiyalar var. Oturumu olanlar yenidən oturum almaq istəyəndə belə buna icazə verilmir və ölkəni tərk etmələri barədə vaxt verilir. Görünən odur ki, Rusiya “it əl çəkir, motal əl çəkmədi” misalı kimi Azərbaycandan yaxın zamanda əl çəkməyəcək. Səxavət MƏMMƏD www.yenicag.az Geri qayıt |