Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..."
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..."Bu gün, 09:04 |
![]() Rusiya mətbuatında, o cümlədən Kremlə yaxın KİV-lərdə Azərbaycan əleyhinə antitəbliğat kampaniyası səngimir. Son günlər bu ölkənin media məkanında ümumən postsovet türk dövlətləri vaxtaşırı hədəfə alınır, onların ünvanına şər-böhtan, təhdidlər yağdırılır. Bu yöndə imperiya təfəkkürlü media resursu “Tsarqrad” xüsusi fərqlənir. Bu günlərdə o, Tokayevin hakimiyyətini “rejim” adlandırmış, Qazaxıstanın suverenliyini təhdid edən, növbəti hədələyici fikirlər səsləndirmişdi. Bəs Türk dövlətlərinin əks-tədbirləri nə olmalıdır? Qazax publisist Arman Şorayevə görə, türk xalqları rus təcavüzünə müqavimət göstərmək üçün birləşməlidir: “Təəssüf ki, Rusiyanın çox sayda sakini rus şovinizminin və imperializminin təsiri altındadır, ondan qurtulmaq istəmir. Bu atavizmin sonu gəlmir ki, gəlmir”. O bu cür materialın “Tsarqrad” resursunda dərc olunmasını təsadüfi saymır: “Çünki onun yaradıcısı Konstantin Malofeyev keçmiş imperiya üçün nostaljisi keçirən pravoslav oliqarx və monarxistdir”. Anti-Azərbaycan kampaniyasına toxunan analitik bildirir ki, bu minvalla Putin qazana biləcəyindən on dəfə çox itirəcək: “Ona görə ki, Rusiyaya həqiqi dost ölkələrin sayı getdikcə azalır. Belə getsə, onların Belarus, Şimali Koreya və İrandan başqa dostu qalmayacaq”. Qazax publisist türk dövlətlərini vəziyyətdən zəruri nəticələr çıxarmağa çağırıb: “Hesab edirəm ki, biz, siz və digər türklər birləşmə haqqında bir daha düşünməliyik. Çünki biz birlikdə ortaq türk dili və adət-ənənələri ilə birləşmiş çoxmilyonlu xalqı təmsil edirik. Kollektiv təhlükəsizliklə bağlı ümumi müqavilələrimiz, ümumi ordumuz, qarşılıqlı müdafiə ilə bağlı öhdəliklərimiz olmalıdır. Biz birləşməliyik. Bu, Rusiyanın təcavüzünə, müstəmləkə və imperiya siyasətinə qarşı yeganə güclü antidot olacaq”. Bəlkə doğrudan da Türkiyə və Azərbaycanın moderatorluğu ilə “Türk NATO-su” və ya “Turan” hərbi birliyini qurmaq zamanı çatıb? Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov qeyd edib ki, Rusiya imperiya olaraq ətrafında olan bütün xalqları əzib, istismar edib: "Bu, çar Rusiyası dövründə də belə olub, Sovet İttifaqı adlı, bir qədər fərqli imperiya dövründə də. SSRİ dağılandan sonra, 1991-ci ildə Rusiya bir dövlət kimi tam çökmüş bir duruma gəlsə də, Qərb onun dağılmasından qorxdu. Rusiya Qərbin maliyyə dəstəyindən sonra özünə gəlib ayaq üstə dura bildi. Bu gün Rusiya bütün dünyanı, Avropa Birliyini təhdid edir, Sovet İttifaqını bərpa etməyin yolları üzərində çalışır. Ətrafında olan bütün xalqlara yuxarıdan aşağı, “ağa” təfəkkürü ilə baxan Rusiya bu gün türk dövlətləri üçün də təhlükədir. Bu təhlükədən xilas olmağın yeganə yolu isə türk dövlətlərinin bir araya gəlməsindən və müxtəlif platformalarda bir müstəvidən çıxış etməsindən keçir. Bu gün Rusiyanın daxilində muxtariyyət formasında çoxsaylı türk respublikaları və vilayətləri mövcuddur. Mərkəzi Asiyanın türk dövlətləri, Azərbaycan və Türkiyə kimi dövlətlərin bir araya gəlməsi, Rusiya Federasiyasına daxil olan türk muxtar dövlətlərinin və vilayətlərinin gələcəkdə bir arada olmaq şansları Rusiya hökumətini ciddi əndişələndirir". Deputat Azər Badamov hesab edir ki, türkdilli ölkələr arasında hərbi əməkdaşlığın yeni bir formasının yaradılmasının zamanı yetişib: “Rusiyada hər hansı ölkəyə qarşı informasiya kampaniyasının başlanması ilə bağlı bir tapşırıq gələrsə, bu dərhal genişlənir və kütləvi hal alır. Təbii ki, münasibətlərin gərgiləşməsi və dərinləşməsində maraqlı dairələr var. Bu da Türk dünyasında əməkdaşlıq formatlarının dərinləşdirilməsi ilə bağlı yeni platformaları aktuallaşdırır. Bu gün Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi, mədəni, humanitar əməkdaşlığı genişləndirir. Amma hərbi əməkdaşlığın yeni bir formasının da yaradılmasının zamanı yetişib. Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır. Başqa bir yerdə bizi gözləmirlər. Əgər biz vahid bir hərbi gücə çevrilə bilsək, ölkələrimizə ayrı-ayrılıqda baş verən təhdidlər də azalacaq”. Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Rusiya son dövrlər təkcə Azərbaycana qarşı yox, bütün Türk dünyasına qarşı kin püskürür: “Qazaxıstana və Azərbaycana qarşı şimal qonşumuzun kəskin mövqeyi başadüşüləndir. Çünki həm Astana, həm də Bakı müstəqil və balanslı siyasət yürüdür. Kremldəki imperialist düşüncə məhkumları isə bunu həzm edə bilmirlər. Bu baxımdan, düşünürəm ki, Azərbaycan da daxil olmaqla, bütün türk dövlətləri TDT-ni üçüncü qütbə çevirmək üçün daha da genişmiqyaslı addımlar atmalıdırlar ki, Rusiya, İran kimi anti-türk düşərgələr öz hədlərini bilsinlər. Bunun üçün hərbi və iqtisadi birliklərin yaxınlaşması daha da intensivləşdirilməli və birgə təhlükəsizlik konsepsiyaları işlənilməlidir. Mövcud baza əsasında hərbi gücümüz daha da şaxələndirilməlidir. Bu istiqamətdə son illərdə çox böyük işlər görülür və bu türk dövlət başçılarının liderlik keyfiyyətlərinin əyani təzahürüdür. İmperiya təfəkkürü daha da aqressiv hal aldıqca, Rusiya Orta Asiya və Cənubi Qafqazı itirəcək. Regionda daha da təklənəcək. Bu, birmənalıdır. Fikrimcə, indi bütün türk dövlətləri Rusiyadan uzaqlaşma yolunda çoxşaxəli addımlar silsiləsini yaxın aylarda daha da sürətləndirəcəklər və bu KTMT-nin, Avrasiya Gömrük İttifaqının süqutu ilə nəticələnəcək”. “Yeni Müsavat” Geri qayıt |