Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...”
Əsas Səhifə > Güney Press > “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...”

“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...”


Bu gün, 10:56
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...”
“Ermənistanın guya Azərbaycana qarşı savaşa, hücüma hazırlaşması haqda deyilənlər tamamilə hərbi işdən, hərbi əməliyyatlardan, qüvvələr nisbətindən və dəqiq təhlildən başı çıxmayan adamların əsassız fikirləridir. Reallıq ondan ibarətdir ki, erməni ordusu bundan sonra 20 ildə hazırlaşsa, Azərbaycan ordusuyla qarşı-qarşıya gəlmək potensialında və gücündə ola bilməyəcək. Yada salaq ki, 1994-cü ildə Qarabağda hərbi əməliyyatlar dayanandan sonra ermənilər yeni müharibəyə hazırlaşmağa başladılar: səngərlər qazdılar, güclü istehkamlar tikdilər. Rusiyadan və digər ölkələrdən yeni silah və texnikalar aldılar, zabitlərini Rusiyanın Frunze adına hərbi akademiyasında oxutdular, onlar da Ermənistana və Qarabağa leytenant kimi gəlib 26 ildə polkovnik və generaladək yüksəldilər, xeyli təlimlər keçdilər. Amma bütün bunlara baxmayaraq 2020-ci ilin 44 günlük savaşında Azərbaycana məğlub oldular. Çünki qüvvələr nisbəti qəti şəkildə bizim tərəfimizdə idi və indi də belədir”.

Bu fikirləri Moderator.az-a açıqlamasında “Bəzi ekspertlər 2020-ci ildə Azərbaycan tərəfindən ordusu darmadağın edilmiş, kapitulyasiya aktına imza atdığı deyilən Ermənistanın guya artıq yenidən ölkəmizə hücuma hazırlaşdığını söyləyirlər. Sizcə, mövcud qüvvələr nisbətində bu, nə dərəcədə realdır?” sualını cavablandıran politoloq Zərdüşt Əlizadə dilə gətirib.

“Azərbaycan əhalisinin sayı 10 milyondan çoxdur, Ermənistanınkı isə cəmi 2 milyondur. Yəni əhalimiz onlardan 5 dəfə çoxdur. Bu da o deməkdir ki, müharibə şəraitində Azərbaycanın səfərbərlik imkanları Ermənistanınkından 5 dəfə artıqdır. Eyni zamanda ölkəmizin pulu çoxdur və deməli, müasir silahlar almaq imkanı var. Düzdü, ordumuzda hələ də müəyyən nöqsanlar olsa da, əvvəlki dövrlərdən, xüsusən Səfər Əbiyevin nazir olduğu vaxtlardan xeyli dərəcədə inkişaf edib və nizam-intizam güclənib. Oğlum o nazirin dövründə hərbi xidmət keçdiyindən çox şeyin şahidi olmuşam... İndi isə artıq zabitlər, generallar arasında müəyyən bir rəqabət gedir ki, kim komandiri olduğu hərbi birləşməyə daha yaxşı rəhbərlik edir. Hikmət Mirzəyev kimi bir neçə general var ki, hamı onların vətənpərvər və bacarıqlı olmasından əmindir...

Ordumuz həm 2020-2023-cü illərdə Qarabağ və Ermənistanla sərhəddəki hərbi əməliyyatlarda ən yeni savaş silah və texnologiyaları təcrübədən keçirməklə yanaşı, Rusiya-Ukrayna müharibəsi zamanı tətbiq edilən ən müasir texnika və texnologiyaları da, yeni döyüş üslublarını da mənimsəyir. Azərbaycan ordusu NATO ölkəsi olan Türkiyə ordusu ilə birgə mütəmadi, ildə azı iki dəfə hərbi təlimlər keçir. Bütün bunlar göstərir ki, Milli Ordumuz yerində saymır, inkişaf edir. Bu səbəbdən, bir daha təkrar edirəm, Ermənistan ordusu nə qədər çalışsa da, xaricdən dəstək alsa da, potensialı ondan 5 qat gücül olan Azərbaycan ordusu ilə rəqabət apara bilməz. Hətta ağlı çaşıb bizimlə savaşa başlasa, sürətli məğlubiyyətə düçar olar. Ona görə də mən qəti əminəm ki, 2020-ci il müharibəsinin dərsindən ibrət götürən Ermənistan Azərbaycana qarşı heç vaxt, heç bir halda müharibəyə başlamaz və başlaya bilməz. O başqa məsələdir ki, evlərində divanda rahat oturub “Zəngəzur bizimdir, İrəvan bizimdir” deyən, yazan bizdəki populistlərin təhriki ilə hansısa macəraçı bir yanlış addım atsın. Ancaq əminəm ki, hazırkı beynəlxalq geo-siyasi durumu düzgün dəyərləndirən Azərbaycan rəhbərliyi buna heç cür imkan verməz”, -deyə Zərdüşt Əlizadə davamında bildirib.

Geri qayıt