Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Aşıq Zülfiyyə restoranını satışa çıxartdı
Aşıq Zülfiyyə restoranını satışa çıxartdıBu gün, 11:59 |
![]() "Bu restoranı qurmaq üçün böyük bir yükün altına girdim, borca düşdüm". Bunu Qaynarinfo-ya açıqlamasında Aşıq Zülfiyyə İbadova restoran biznesindən danışarkən deyib. Aşıq iki il borc ödəyəcəyini bildirib: "İki illik kredit götürdüm. Bu saat kimdə bu qədər pul var ki, hamı işini kreditlə görür. Nağd olsaydı, nə var idi ki... Hamı hər şeyi hazır görür. Heç kəs çəkdiyimiz əziyyəti görmür. Kim nə istəyir yazsın, o qədər paxıllıq edənlər var ki... Daha demirlər ki, nə ağırlığında borcun altına girib". Aşıq ikinci restoranın birincidən fərqini açıqlayıb: "Bu dəfə böyük bir iş qurdum, hələ tezdir danışmaq. Təzə başlanılıb. Toy üçün əlverişli deyil, balacadır, əsl banketlər üçündür. Nişan, ad günü, xınayaxdı məclisləri üçün daha münasibdi. Birinci restoranı bağlamışam. Onu satacağam, ya da icarəyə verəcəm. Kim istəyir müraciət edə bilər". Geri qayıt |