Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir
Əsas Səhifə > Güney Press > Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir

Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir


Bu gün, 15:09
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir
Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
“Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir”, - məlumatda vurğulanıb.

Milli Məclisin deputatı Fazil Mustafa "Sherg.az"a bildirib ki, Azərbaycan, yaşayış məntəqələrinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə dair bütün tələblərini ciddi şəkildə yenidən nəzərdən keçirməli və daha əsaslı, arqumentli formada irəli sürməlidir:

"Hazırkı şəraitdə Azərbaycan və Ermənistan arasında müharibənin başa çatması, digər vacib məsələlərin də həll olunması demək deyil. Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və gələcəkdə işğalçılığın nə qədər ağır nəticələr doğurduğunu anlaması üçün təzminat ödəməlidir. Eyni zamanda, Azərbaycanın təzminat tələbi təkcə milli maraqlar üçün deyil, həm də bəşəriyyət və insanlıq üçün vacibdir. Bu, beynəlxalq ictimaiyyətə göstərməlidir ki, belə əməllərin mənfi nəticələrinə görə cavabdehlik daşımaq qaçılmazdır.
Buna görə də biz təbii sərvətlərimiz, maddi və mədəni irsimizlə bağlı bütün haqlı tələblərimizi geniş şəkildə irəli sürməli və onların ədalətli həllinə nail olmalıyıq".

Qeyd edək ki, fevralın 12-də Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. İddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb.

Geri qayıt