Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır
Əsas Səhifə > Güney Press > Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır

Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır


Bu gün, 15:38
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır
Qərbi Azərbaycan İcmasının üzvləri vaxtilə indiki Ermənistan ərazisində, dədə-baba torpaqlarında yaşayan, məcbur şəkildə oradan çıxarılan insanlar və ya onların övladlarıdır. Bu gün icma üzvləri sadəcə tarixi torpaqlarına qayıtmaq və orada yaşamaq hüququnu tələb edirlər.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili xatırladıb ki, erməni icması bu torpaqlara 200 il əvvəl zorla köçürülüb:

“Daha sonra Çar Rusiyası və Sovet hakimiyyətinin dəstəyi ilə azərbaycanlılar zorla oradan çıxarılıblar. İcma üzvlərinin geri qayıtmaq hüququ var. Bu, beynəlxalq hüquqda öz əksini tapıb. Ermənistan yeganə ölkədir ki, orada əhalinin 99 faizi ancaq bir xalqdan - ermənilərdən ibarətdir. Özləri dünyanın istənilən yerində yaşayırlar. Ancaq Ermənistanda digər xalqların yaşamsına imkan vermirlər. Azərbaycanlıların qayıtması tələbi onları ciddi narahat edir. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü şübhə altına almır, geri qayıdacaq azərbaycanlılar özlərinə xüsusi hüquq tələb etmirlər. Azərbaycanlılar qayıtsa, onlar öz bilikləri, imkanları ilə həmin dövlətin qüvvətlənməsinə kömək edəcəklər”.

Deputat vurğulayıb ki, bir müddət Ermənistan Qərbi Azərbaycan məsələsini özünün daxili auditoriyasına buraxmaq istəməyib.

“Ancaq İcmanın apardığı hərtərəfli və beynəlxalq hüquqa uyğun olan siyasət Ermənistan rəhbərliyinin bu məsələni müzakirə etməsinə səbəb olub. Ermənistan liderinin bu məsələ ilə bağlı söylədikləri həm beynəlxalq hüquq, həm də sağlam təfəkkürə ziddir. O, məsələnin mahiyyətini dəyişməyə, Azərbaycanın bu təşəbbüsü ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır. Bununla belə, hiss edilir ki, Ermənistan rəhbərliyi, siyasi elitası azərbaycanlıların gec-tez oraya qayıdacağını başa düşür. Bacardıqları qədər ya bunun qarşısını almağa, yaxud bunu ləngitməyə cəhd edirlər. Onların cəhdlərinə baxmayaraq, azərbaycanlılar öz dədə-baba torpaqlarına, İrəvana, Zəngəzura, Göyçəyə mütləq qayıdacaqlar”, - A.Mirzəzadə əlavə edib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə isə Trend-ə açıqlamasında bildirib ki, Nikol Paşinyan son müsahibəsində Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycana qayıdış konsepsiyasını Ermənistanın ərazi bütövlüyü üçün “təhdid” olduğunu qeyd edib:

“Qərbi Azərbaycana qayıdış konsepsiyası beynəlxalq hüquqda qayıdış hüququ kimi tanınan prinsiplərə tam uyğundur. Son bir əsr ərzində bir milyondan çox soydaşımız deportasiya olunub, çox ciddi məhrumiyyətlərə düçar edilib. Onların dədə-baba torpaqlarına qayıdış hüququnu heç kim əllərindən ala bilməz. Qərbi Azərbaycan adlandırdığımız tarixi torpaqlarımız Azərbaycan Demokratik Cümhuriyyətinin ərazisi kimi tanınıb. Həm Azərbaycan, həm də Ermənistan 1991-ci ildə qəbul etdikləri müstəqillik aktlarında özlərini 1918-1920-ci illərdə mövcud olan dövlətlərin varisləri kimi göstəriblər. Bununla da konstitusion müstəvidə də Zəngəzur, Dərələyəz, Göyçənin Azərbaycana məxsus olması təsbit olunub”.

Arzuxan Əlizadənin sözlərinə görə, Ermənistan bəhanə gətirməklə, guya ərazi bütövlüyünə “təhdid” olduğunu deməklə nəyəsə nail ola bilməz:

“Ermənistan və onun başında dayanan “siyasətçilər” Azərbaycanın güclənməsindən, regionda söz və güc sahibi olmasından narahatdırlar. Çox yaxşı anlayırlar ki, biz hədəflərimizə doğru inamla irəliləyirik. Həmin hədəflərdən biri də bizim soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıtması hüququnun beynəlxalq müstəvidə təsbit edilməsi və bunun reallaşmasıdır. Bu, ermənilərin hansı narahatlıqları keçirəcəklərindən asılı olmayaraq baş verəcək reallıqdır”.

Deputat əlavə edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirsə, öz konstitusiyasına dəyişiklik etməlidir.

“Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından hüquqi müstəvidə əl çəkməlidir, demarkasiya və delimitasiya, 4 kəndin qaytarılması, kommunikasiya xətləri, nəqliyyat qovşaqlarının açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ermənistan, həmçinin, Türkiyədə “Qərbi Ermənistan” adlandırdığı torpaqlara da ərazi iddiası edir. Buna görə də Azərbaycanın haqlı tələbləri Ermənistanı narahat edir. Bu gün Ermənistan hücum silahları ilə silahlandırılır, bu, yolverilməzdir, sülh və sabitliyə təhdiddir. Ermənistan bu faktların fərqində olmasa, təbii ki, daha çox özləri böyük problemlərlə üzləşməli olacaqlar. Ermənistanın regionda mövcudluğu da sual altına düşmüş olacaq”, - deyə o qeyd edib.

Geri qayıt