Əsas Səhifə > Güney Press > Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladıBu gün, 15:45 |
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla söhbətinin təfərrüatlarını açıqlayıb. Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat yayıb. Zelenski söhbəti “yaxşı” və “ətraflı” adlandırıb. Siyasətçi qeyd edib ki, onlar münaqişənin həlli üçün gələcək təmaslar və görüşlər barədə razılığa gəliblər. Onun sözlərinə görə, tərəflər “sülhə nail olmaq imkanlarını, komanda səviyyəsində birgə işləmək istəyini” müzakirə ediblər. Həmçinin, təhlükəsizlik və iqtisadi əməkdaşlıq haqqında sazişin hazırlanması, xüsusən də, pilotsuz təyyarələr və digər müasir istehsalların reallaşdırılması məsələləri müzakirə olunub. “Ukrayna sülhü hamıdan çox istəyir. Biz etibarlı və davamlı sülhü təmin etmək üçün Amerika ilə birgə addımlarımızı müəyyən edirik. Prezident Trampın dediyi kimi, gəlin bunu həyata keçirək”, - Zelenski bildirib. Eyni zamanda, ABŞ Prezidenti Rusiya Prezidenti ilə telefon danışığının təfərrüatlarını da ukraynalı həmkarı ilə bölüşüb. Geri qayıt |