Əsas Səhifə > Güney Press > Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılırBu gün, 17:28 |
"34 nömrəli məktbədə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır". Bunu "DİA-AZ"ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildiriblər. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyi vurğulanıb. Qeyd edək ki, Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllim 5-ci sinif şagidini döyməsi ilə bağlı mediada xəbərlər yayılıb. Geri qayıt |